Ölkə

Bu torpaqlarda tikintiyə rəyin verilməsi üçün XİDMƏT HAQQI ödəniləcək

15 İyun 2019 10:03
0 Şərh     Baxış: 3 520
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar ayrılarkən sifarişçi tikintiyə rəy verilməsi üçün xidmət haqqı ödəyəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla əlaqədar Nazirlər Kabinetinin "Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi Qaydaları"na əlav edilib.

Bu əlavəyə əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılarkən həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsinə görə sifarişçi Torpaq Məcəlləsinin 56-cı maddəsinin 10-cu bəndi ilə müəyyən edilən qaydada xidmət haqqı ödəyir.

Qeyd edək ki, bu qaydaya əsasən, sənaye, nəqliyyat, rabitə və digər təyinatlı obyektlərin tikintisi üçün torpaq sahələrinin ayrılması ilə əlaqədar texniki-iqtisadi göstəricilərin və digər sənədlərin hazırlanması, razılaşdırılması, tərtibatı və sair xərclər sifarişçinin vəsaiti hesabına həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.