Ölkə

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək

14 İyun 2019 14:34
0 Şərh     Baxış: 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda tibb müəssisələri 5 ildən bir akkreditasiyadan keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna əlavələr təklif edilir.

Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirəyə çıxarılan əlavəyə əsasən, akkreditasiyadan keçən tibb müəssisələrinə şəhadətnamə veriləcək.

Tibb müəssisələrinin akkreditasiyası əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin, tibb müəssisələrinin fəaliyyətinin hüquqi tələblərə uyğunluğunun müəyyən edilməsi üçün aparılacaq. Eyni zamanda, bu yolla əhalinin yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisəsi tərəfindən müayinə və müalicə olunması üçün seçim hüququ təmin ediləcək.

Tibb müəssisələrinin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

Tibb müəssisələrinin akkreditasiyasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etidiyi orqan (qurum) həyata keçirir. Tibb müəssisələrinin akkreditasiyasına görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə rüsum tutulur.

Dəyişiklik səsverməyə çıxarılaraq ikinci oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.