Ölkə

Evdə doğuş faciəsi: ana və körpəsi öldü

14 İyun 2019 12:49
6 Şərh     Baxış: 2 043
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qusardakı evlərdən birində ana və yeni doğulan körpəsinin meyiti tapılıb.

Milli.Az xəbər verir ki, Qusar hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, hadisə Suvacal kəndində baş verib.

Kənd sakini 27 yaşlı Emma Ağamuradova gecə saatlarında qaldığı evdə uşaq dünyaya gətirdikdən sonra qanaxmadan ölüb.

Məlumatlara əsasən, E.Ağamuradova heç bir xəstəxanada qeydiyyatda olmayıb və doğuş zamanı huşunu itirib. Körpə də dünyaya ölü gəlib.

Səhər yuxudan oynanan əri yoldaşı və yeni doğulan körpənin meyitini aşkarlayıb. 

Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.