Ölkə

"Yanardağ"a gedən avtobusların sayının artırılması təklif edilir

13 İyun 2019 13:31
7 Şərh     Baxış: 1 281

Dövlət Turizm Agentliyi "Yanardağ" Tarix-Mədəniyyət və Təbiət Qoruğunda yenidənqurma işlərinin aparılması və qoruğa marağın artmasını nəzərə alaraq, buraya gələn marşrut avtobuslarının sayının artırılması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə "Yanardağ" qoruğuna mediatur zamanı deyib.

Onun sözlərinə görə, hazırda "Yanardağ"a gələn marşrut avtobusları var: "Hər kəs bu marşrut avtobuslarından istifadə edir. Lakin biz Bakı Nəqliyyat Agentliyinə müraciət edəcəyik ki, bura daha müasir avtobuslar ayrılsın və onların sayı artırılsın".

K.Quluzadə əlavə edib ki, həm "Yanardağ", həm də "Atəşgah"a Hökumət evinin yanından "Baku city tour" avtobusları da gedir.

Agentlik rəsmisi gələcəkdə "Yanardağ"da tibb məntəqəsinin açılacağını da vurğulayıb.

Milli.Az

loading...

Şərh yaz:

7 Şərh:

  • Anonim
    ZZZ · 13 İyun 13:3611

    Ora haradadır ?

    Cavab yaz
    • Anonim
      123 · 13 İyun 15:3100

      Yanar dağ Haradadır? Məndə bilmək istəyərdim.

      Cavab yaz
      • Anonim
        asi · 13 İyun 15:4010

        Bakıda Məhəmmədi yolunda..Yəni biz gedəndə bizə elə başa salmışdılar, bizdə də Məhəmmədi şoseni axtara-axtara gedib çıxdıq)..

        Cavab yaz
  • Anonim
    sakin · 13 İyun 14:1600

    super olar

    Cavab yaz
  • Anonim
    asi · 13 İyun 14:3230

    Yanardağın həmişə adını eşidəndə elə bilirdim ki, nəsə böyük dağdı.. Televizorda çəkib göstərəndə elə çəkirdilər ki, adamda o təəssürat yaranırdı..Sonra gedib balaca bir yer görəndə bir az yanıldım).. Amma oranı görən andan fikirləşdim ki, ərazini abadlaşdırıb maraqlı dizayn versələr əslində çox gözəl və mənzərəli bir yerdi..Baxımsızlıq və ya laqeydlik çox vaxt əsl gözəlliyə kölgə salır..Sevindim abadlaşmasına..

    Cavab yaz
    • Anonim
      Afərin qıza!) · 13 İyun 18:5010

      Mən 40 ilin Bakılısı olsamda oranın nə səmtini, nədə yerini bilirəm. Mənzərə görmək istəyəndədə ya bölgələrə yada, xarici ölkələrə qaçmışıq

      Cavab yaz
      • Anonim
        asi · 13 İyun 23:4900

        Qıza elə belə qıza döyül ki). Uşaqlar görmüşdü televizorda, deyirdilər gedəndə aparın bizi ora.Onların sayəsin də biz də gedib gördük)..

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.