Ölkə

2020-ci ildən Xəzəryanı ölkələr arasında dəniz kruizləri təşkil oluna bilər

13 İyun 2019 13:21
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəzər dənizində kruizlərin təşkilinə 2020-ci ildə başlanacağı gözlənilir. Bu, Xəzəryanı 5 dövləti əhatə edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, Xəzər dənizində kruizlərin təşkili layihəsi tam olaraq Rusiyanın təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan və digər Xəzəryanı dövlətlər bu layihəyə dəstək olurlar.

K.Quluzadə əlavə edib ki, kruiz üçün nəzərdə tutulan "Pyotr Velikiy" gəmisi Rusiyada hazırlanır: "Rusiya Prezidenti Vladimir Putinin Bakı səfəri çərçivəsində həmin məsələni yenidən gündəmə gətirib. Hazırda Azərbaycan tərəfi Həştərxan quberniyası və müvafiq dəniz qurumları ilə danışıqlar aparır. Azərbaycan həmin gəmi üçün artıq dayanacaq verib. Kruizlərin qiymətlərini Rusiya tərəfi müəyyən edəcək. Əlbəttə ki, qiymətlər çox yuxarı olsa, biz öz təkliflərimizi verəcəyik ki, onlar daha sərfəli olsunlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.