Ölkə

Agentlik rəsmisi: "Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun"

13 İyun 2019 13:57
2 Şərh     Baxış: 903

Dövlət Turizm Agentliyi çimərliklərin fəaliyyəti ilə bağlı təkliflər hazırlayaraq müvafiq qurumlara təqdim edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə jurnalistlərin "Yanardağ" qoruğuna media turu zamanı deyib.

Onun sözlərinə görə, artıq Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinqlərə başlayıb. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək:

"Biz çimərliklərdə həm mövcud vəziyyəti, həm də xidmət səviyyəsini müəyyən etmək istəyirik. Dövlət Turizm Agentliyi olaraq monitorinqin nəticələrini dövlət strukturlarına təqdim edəcəyik. Biz onun tərəfdarıyıq ki, çimərliklərə giriş pulsuz olsun. Dünya praktikasında da çimərliklər ictimaidir, bu, bizdə də belə olmalıdır və bütün insanlar çimərliklərdən istifadə etməlidirlər. Çimərlik ərazisində hansısa şirkət əlavə xidmət göstərmək istəyərsə, bunun üçün xidmət haqqı ala bilər.

Hazırda vəziyyəti araşdırırıq. Yayın sonunda Azərbaycan üzrə ümumi vəziyyətin nəticələrini təqdim edəcəyik. Monitorinq nəticələrindən asılı olaraq təkliflər hazırlayıb, müvafiq qurumlara təqdim edəcəyik".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Tam Maxfi. · 13 İyun 14:2400

    Cimerlik pulsuz olmalidi.Ancaq qanun qayda olmalidi.Qanunada nezaret eden insanlar olmalidi.

    Cavab yaz
  • Anonim
    Seva- - - · 13 İyun 15:4720

    hami antalyada maldivde gedib dincele bilmire bir pulsuz denizdi onu da eliyin pullu gorum bu imkani awaqi olan uwaqini hara aparsin biraz hava alsin biabirciliqdiye bu ,gedirsen denize deyir stol goturmursense olmaz bir stol 10manata bele vicdansizliq olmaz.Hansi nezaret hansi qanun ve onu yerine yetiren heleki gorununmur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.