Ölkə

Bəzi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün rüsum müəyyən edilib

13 İyun 2019 13:39
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda bəzi təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi üçün dövlət rüsumunun məbləği müəyyən edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənkənar plenar iclasında müzakirə edilən "Dövlət rüsumu" haqqında qanuna dəyişikliklərdə əksini tapıb.

Təklif olunan layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrinin akkeditasiyası üçün dövlət rüsumunun məbləği 2000, məktəbdənkənar təhsil müəssisələri üçün 5000, orta ixtisas müəssisələri, əlavə təhsil müəssisələri və təhsil fəaliyyətini həyata keçirən digər müəssisələr üçün 12 000 manat məbləğində müəyyən edilib.

Dəyişikliklər ikinci oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.