Ölkə

Azərbaycanda yol hərəkətinin məhdudlaşdırılması ilə bağlı YENİLİK qəbul olundu

13 İyun 2019 12:36
0 Şərh     Baxış: 2 124
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə bağlı yeni hal müəyyən edilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən növbədənəkənar plenar iclasında müzakirəyə çıxarılan "Yol hərəkəti haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Belə ki, qanunun 12-ci maddəsinə (yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi) əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Dəyişiklik üçüncü oxunuşda səsverməyə qoyularaq qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.