Ölkə

"Yanardağ" qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək

13 İyun 2019 13:25
2 Şərh     Baxış: 2 301

Avqustun 1-dən "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna əcnəbi turistlər üçün giriş haqqı dəyişdiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Yanardağ" qoruğuna mediatur zamanı jurnalistlərə deyib.

Onun sözlərinə görə, avqustun 1-dən əcnəbi turistlər üçün "Yanardağ"a giriş haqqı 9 manat olacaq: "Avqustun 1-dən qiymətlər fərqli olacaq. Yerli turistlər üçün qiymətlər yenə də 2 manat olacaq. Amma tələbələr üçün qiymət 1 manat, məktəblilər üçün isə pulsuz olacaq".

Agentlik sədri qeyd edib ki, əcnəbi turistlər üçün qiymət artımı olsa da, buraya turist səfəri təşkil etməyi nəzərdə tutan və bununla bağlı uzunmüddətli müqaviləsi olan turizm şirkətləri üçün köhnə qiymətlər tətbiq ediləcək.

F.Nağıyev əlavə edib ki, gün ərzində "Yanardağ"a 500-700 əcnəbi turist gəlir: "Hazırda da turistlərin sayında dinamika müşahidə edilir. Yerli əhali də bura gəlməyə maraqlıdır. Bura gələnlərin sayını artırmaq üçün təbliğatı davam etdirməliyik. Hotellərdə, turizm informasiya mərkəzlərində "Yanardağ"la bağlı məlumatlar olacaq".

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    asi · 13 İyun 14:2050

    Heç vaxt yadımdan çıxmayacaq, Türkiyədə də tarixi abidələrə giriş haqqı xaricilər üçün daha baha, türklər üçün nisbətən ucuz idi və bir neçə yerdə bizim kassada Azərbaycan dilində danışdığımızı görüb azərbaycanlı olduğumuzu soruşdular və kardeşlərimiz deyib bizim biletləri türklərə aid qiymətə verdilər..O pulla nə onlar kasıb olan deyil, nə də biz varlanan..Amma təəssüratı çox xoş idi..Hətta uşaqlara da maraqlı gəlirdi bizə azərbaycanlı olduğumuz üçün hörmət etmələri..Inanmıramki dünyanın ikinci hər hansı bir ölkəsi sırf azərbaycanlı olduğu üçün öz millətinə satdığı bilet qiymətinə bilet satsın..

    Cavab yaz
  • Anonim
    sje · 13 İyun 14:5900

    rusiya vəya digər xarici ölkə vətəndaşı olub lakin azərbaycanlı olanlara da 9 manatdır görən?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.