Ölkə

İcra başçısı gecəyarısı yanan əraziyə gəldi - FOTO

13 İyun 2019 10:30
2 Şərh     Baxış: 3 907

Ötən gecə Şamaxının Zəylər kəndində taxıl zəmilərində yanğın baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, gecə saatlarında Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov hadisə yerinə gəlib. İcra başçısı fermerlərlə və kənd sakinləri ilə görüş keçirib. Həmçinin T.Məmmədov kənd sakinlərinin əraziyə keçməməsi üçün tapşırıq verib. O, yanğın söndürülənə kimi ərazidə olub. 

Bundan əlavə, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri də  gecə saatlarında yanğın baş verən ərazidə olublar. 

Qeyd edək ki, yanğın əvvəl otlaq sahəsində baş verib. Daha sonra isə  biçilməmiş taxıl zəmilərinə keçib. Kənd sakinlərinin sözlərinə görə, 1000 hektar taxıl sahəsi yanıb. Bunun da 100-150 hektarı biçilməmiş taxıl sahəsinin payına düşür. 

Yanğın baş verən ərazi kənd ərazisinə yaxın olduğu üçün bir nəfər kənd sakininin minik avtomobili yanaraq yararsız vəziyyətə düşüb. Yanğının kəndlərə və meşə sahəsinin keçməsinin qarşısı alınıb və səhər saat 6 radələrində tam söndürülüb. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    !!!!! · 13 İyun 10:3820

    boyuk ish oldu gece yari geldi,ishi oduda

    Cavab yaz
  • Anonim
    Esmer · 13 İyun 11:0210

    Yqin teze teyin olunub .özünü görsedir hele ))))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.