Ölkə

Bakının mərkəzində jurnalistin uşağına it hücum etdi - FOTO

13 İyun 2019 10:16
3 Şərh     Baxış: 1 403

Bakıda daha bir uşağa it hücum edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Lermontov küçəsində yerləşən "Şəlalə" parkında baş verib.

İtin hücumuna məruz qalan uşaq publika.az-ın əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist bildirib ki, övladına hücum edən itin "ağızlığı" olmayıb:

"Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. Fotodan da göründüyü kimi itin "ağızlığı" yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik".

Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

"Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik", - deyə o bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    vətəndaş · 13 İyun 10:2161

    İtlər yığışılmalıdı . Bu nədi ağızlıq yoxdur. Hələ təhqir eləyir insanları

    Cavab yaz
    • Anonim
      f · 13 İyun 10:3608

      yigisilmali deyil.dunya tek insanlara aid bir yer deyl.Allah yaradibsa onlarida senin kimi,demeli bir yasamagi oyrenmelisen

      Cavab yaz
  • Anonim
    azəri · 13 İyun 10:4480

    düzdür də. Kənar bir yerdə saxlanmalıdı.Sizin yaxınlarıvızı dişləsə belə danışmasınız.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.