Ölkə

Bakıda sərxoş sürücü sükan arxasında yatdı, görün nələr oldu - VİDEO

12 İyun 2019 16:19
2 Şərh     Baxış: 5 776

Bakıda baş verən qəza anı təhlükəsiz şəhər kameralarına düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, Neftçilər prospektində ("Kukla teatrı"nın yanı) hərəkətdə olan "Mercedes" markalı avtomobil qəfildən idarəetməni itirir və yolun kənarında park etmiş digər maşına çırpılır. Qəzanın araşdırılması zamanı sürücünün sükan arxasında yuxuladığı məlum olub.

Hadisə gecə saatlarında baş verib. Görünür ki, uzaq yoldan gələn sürücü yorğunluqdan sükan arxasında yatıb. Onun sərxoş olduğu da üzə çıxıb. Videoda sonuncu kadrlara diqqətlə baxın. Sürücü birinci maneədən yayınsa da, ikinci cəhdi uğursuz alınır və qəza baş verir.

Odur ki, daim sürücülərə tövsiyə olunur ki, spirtli içkinin təsiri altında və ya yorğun vəziyyətdə avtomobil idarə etməsinlər. Sükan arxasında yuxu hiss etdikdə mütləq avtomobili kənara çəkib dincəlsinlər. Bu dəfə sürücünün həyatı xilas oldu. Amma daha ağır nəticələr də baş verə bilər.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Əli · 12 İyun 16:4711

    Video hanı bəs????

    Cavab yaz
  • Anonim
    elik · 12 İyun 17:5911

    günah yol kənarında saxlayan maşınlardadı.. bu situsiya istənilən sürücünü çaşdıra bilər

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.