Ölkə

TREND Beynəlxalq İnformasiya Agentliyində “Şimal-Cənub” nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri” mövzusunda videokörpü keçiriləcək

12 İyun 2019 14:05
Baxış: 376

İyunun 13-ü saat 14:00-da TREND Beynəlxalq İnformasiya Agentliyində "Şimal-Cənub" nəqliyyat dəhlizi: regional inteqrasiya perspektivləri" mövzusunda Moskva-Bakı videokörpüsü keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, rusiyalı və azərbaycanlı ekspertlər yeni regional nəqliyyat dəhlizlərinin yaradılması və Rusiyanın iştirakı ilə inteqrasiya layihələrinə Cənubi Qafqaz ölkələrindən tərəfdaşların qoşulması perspektivləri barədə fikir mübadiləsi aparacaqlar.

Videokörpü çərçivəsində "Şimal-Cənub" nəqliyyat dəhlizi: tranzit reallıqları və trans-regional inteqrasiya perspektivləri" adlı analitik məruzənin təqdimatı baş tutacaq.

İştirakçılar:

Moskvada:

- Aleksandr KARAVAYEV, iqtisadçı, "Şimal-Cənub" nəqliyyat dəhlizi: tranzit reallıqları və trans-regional inteqrasiya perspektivləri" məruzəsinin müəllifi;

- Stas PRİTÇİN, Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqaz Tədqiqatları Mərkəzinin elmi işçisi;

- Artyom PILİN, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Postsovet Araşdırmaları Mərkəzinin elmi işçisi;

- Arkadi İVANOV, logistika və nəqliyyat sahəsində ekspert, "logirus.ru" portalında məqalələr müəllifi;

- Kseniya TYURENKOVA, "Xəzər-Avrasiya" Mərkəzinin direktoru;

Bakıda:

- Emin ƏLİYEV, "Day.az" informasiya portalının baş redaktoru;

 

- Fərhad ƏMİRBƏYOV, UNEC araşdırmalar mərkəzinin prezidenti;

- Gülnarə Məmmədzadə, "Baku Network"un direktor müavini;

- Elşad MƏMMƏDOV, Rus İqtisad Məktəbinin direktor müavini, UNEC professoru;

- Arzu NAĞIYEV, TREND BİA-nın baş direktor müavini.

Videokörpünün təşkilatçıları: "Şimal-Cənub" Politologiya mərkəzinin Bakıdakı nümayəndəliyi, TREND Beynəlxalq İnformasiya Agentliyi, "Xəzər Ekspert Klubu".

Keçirilmə yeri: TREND Beynəlxalq İnformasiya Agentliyi

Ünvan: Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi, 14

Əlaqə: Tel. (+99412) 497 31 72, 510 86 61, 510 81 02

Faks (+99412) 497 30 89

Veb-sayt - www.trend.az

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.