Ölkə

Bakıda 26 yaşlı qadın çimərlikdə itkin düşdü

12 İyun 2019 12:02
0 Şərh     Baxış: 1 195

Bakıda gənc qadın itkin düşüb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, H.Z.Tağıyev küçəsində yaşayan Vəliyev Niyazi Alı oğlu polisə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan həyat yoldaşı, 1993-cü il təvəllüdlü Yarıyeva Pərvanə Firudin qızı iyunun 7-də səhər saat 9 radələrində yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Məlumatda bildirilir ki, P.Yarıyeva həmin gün Sabunçu rayonu, Pirşağı qəsəbəsi, "Qızıl Qum" çimərliyində olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.