Ölkə

Azərbaycanda onkoloji xəstə öldü, oğlu həkimlərə lomla hücum çəkdi - YENİLƏNİB - FOTO

12 İyun 2019 15:52
11 Şərh     Baxış: 8 588

15:52

Bərdədə Təcili Tibbi Yardım Stansiyasının çağırışa gedən əməkdaşları xəstənin oğlu tərəfindən döyülüb. Hadisə bu gün-iyunun 12-də Bərdə rayonunun Qaradəmirçi kəndində baş verib. Təcili yardım maşını da yararsız hala düşüb.

Milli.Az bildirir ki, döyülənlərdən biri-Bərdə rayonu Təcili Tibbi Yardım Stansiyasının 53 yaşlı tibb bacısı Təranə Qasımova hadisə barədə virtualaz.org-a danışıb.

Xeste oldu tecili tibbi yardim 04

Qasımovanın sözlərinə görə, bu gün saat 8:45-də Qaradəmirçi kəndinə çağırış olub. Ünvana çatan kimi xəstənin oğlu dəmir parçasını götürərək onlara hücum edib: "Maşından düşməyə imkan vermədi. Dedi ki, artıq atası ölüb, o da həkimləri öldürəcək. Özümüzü qorumaq üçün maşına mindik, dəmirlə maşını əzdi, şüşələri, güzgünü qırdı".

Ölən şəxs xərçəng xəstəsi olub. T.Qasımova deyir ki, əvvəllər də həmin xəstə üçün dəfələrlə çağırışa gediblər. Ağrıkəsici vurublar ki, ağrıları azalsın, sakitləşsin. "Bu dəfə də çağırış oldu, ləngimədən ünvana getdik. Amma çatanda məlum oldu ki, xəstə artıq keçinib, oğlu heç evə yaxınlaşmağa imkan vermədi. Dəmirlə elə vurdu ki, şüşə üstümüzə töküldü, əlimi, ayağımı doğrayı, hələ də saçlarımdan şüşə qırıntıları təmizləyirlər", -tibb bacısı deyib.

Xeste oldu tecili tibbi yardim 02

Digər tibb bacısı 54 yaşlı Rəfiqə Abdullayeva da xəsarət alıb, şüşə qırıntıları barmaqlarını kəsib: "Bir nəfər yaxınlaşaraq oğlanı sakitləşdirməyə çalışdı, yalnız bu zaman sürücü qaçmağa nail oldu. Oğlan maşının arxasınca qaçdı, amma çata bilmədi".

33 ildir təcili yardımda çalışdığını deyən Təranə Qasımova son zamanlar tibb işçilərinə qarşı aqressivlikdən narahat olduqlarını deyir. "Bu yaxınlarda həkim, ondan əvvəl isə tibb bacısı döyülmüşdü. Sərxoş kişini xəstəxanaya aparılanda ambulansda həkimə hücum edib döymüşdü, həkimin gözlərinin altının şişi uzun müddət getmədi. Dedilər ki, sərxoş olub, özünü idarə edə bilməyib. Hər gün müxtəlif çağırışlar olur, hansı evdə bizi nə gözlədiyini bilmirik, bu qorxu, stress ilə xəstəyə necə yardım edək?"

Xeste oldu tecili tibbi yardim 03

Tibb bacıları onları döyən şəxsdən şikayətçidirlər. "Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etdik, izahat yazdıq. Biz xəstə yaxınlarını anlayırıq, amma bu qorxu ilə işləmək olmur. Biz xəstənin ölümündə günahkar deyilik axı..."

Qeyd edək ki, təcili yardım əməkdaşlarının döyülməsi halları tez-tez baş verir.

--------

11:26

Bərdədə çağırışa gedən təcili yardım həkimləri döyülüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qaradəmirçi kəndində baş verib.

Belə ki, hadisə yerinə çatan kimi Bərdə Rayon Təcili Tibbi Yardım Stansiyasının həkimləri Rəfiqə Abdullayeva, Təranə Qasımova və təcili tibbi yardım avtomobilinin sürücüsü Zaur İbrahimovu döyüblər.

Həkimlərin sözlərinə görə, şəxsiyyəti məlum olmayan şəxs taxta parçası ilə avtomobilə və onlara hücum edib.

Onlar xəstəni müayinə etməyə imkan tapmayıblar. 

Hadisə zamanı maşının yan şüşəsi qırılıb, sürücü isə qolundan xəsarət alıb.

Hadisə ilə bağlı rayon Təcili Yardım Stansiyasının baş həkimi məlumatlandırılıb və polisə rəsmi müraciət edilib.

Hazırda həkimə xəsarət yetirən şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    tt · 12 İyun 12:4687

    ellerine quvvet

    Cavab yaz
    • Anonim
      Azer · 12 İyun 15:56812

      Hekimler qadar basiniza das dussun...

      Cavab yaz
      • Anonim
        **** · 12 İyun 16:1341

        Deyesen hekimsiz?

        Cavab yaz
      • Anonim
        Maqa Sarkazm · 12 İyun 17:36132

        Ele ekseriyyet hekimerin oz dawlari oz bawalarina ele duwsun ki altindan qalxa bilmeyib ele oradaca canlarini tapwirsinlar tebiiki yaxwilardan irag

        Cavab yaz
  • Anonim
    Lilli · 12 İyun 15:5680

    Biride xacmazda var ankoloq ayaqinnan asilmalidi nurane

    Cavab yaz
  • Anonim
    Leyla · 12 İyun 16:00141

    Axir vaxtlar ona gore millet aqressiv olubki tecili yardim cagirirsan heqiqetende xeste canini tapsirannan sonra gelirsiniz.Tecili yardimin adini deyisib Nazli yardim qoysalar daha dogru olar indiki zamanda.Son illerde gor necenci hadisedi bu.Belke ozunuzde axtarasiniz sehvi.

    Cavab yaz
  • Anonim
    **** · 12 İyun 16:0190

    Xeste yaxinlarini qinamaq olmur Gözlerinin qabaginda yaxinlarini itirib

    Cavab yaz
  • Anonim
    Elshen · 12 İyun 16:0352

    Özünü cilovlaya bilməyib bu hərəkəti edib, ona haqq qazandırmıram, amma padpresin şüşəsinin əl ayaq kəsməsinə inanmadım.

    Cavab yaz
  • Anonim
    Vetendaş · 12 İyun 16:0562

    Hamıya aid etmək olmaz ancaq gec gəlirlər çağırışa.Və gecikdikləri üçün aqresiya görməkləri nornaldır.

    Cavab yaz
  • Anonim
    Sefa · 12 İyun 18:5633

    Sizin kimileri yacsi taniyiriq...ya bir saatdan sonra gelirsiz ya size "hormet" edilmese hecne etmek istemirsiz..VICDANSIZLAR !

    Cavab yaz
  • Anonim
    Kamran · 14 İyun 01:3800

    Fakt mən şahidi oldugumu deyim. Qubada bir dəfə işə gedərkən bir qadının nəfəs çatışmamazlığından əziyyət çəkərək yerə düşdüyünü gördüm . Dərhal 103 ə zəng etdim . Bu müddət ərzində qadına kömək etməyə çalışdım . Yaxınlıqda olan aptek isçilərini də çağırdım . 1 km məsafədən yarım saat ərzində gəlib çata bilməyən tibb işcərimizə daha bir dəfə zəng etdim . Məlumat verdilər ki xəbəri eşidib yola çıxıblar. Yenə 20 dəqiqə gozlədik , növbəti zəngdə disimdən çıxani döşədim . Nəhayət hadisə yerinə gəldilər . Qadının ətrafına toplaşan camaat öz iradını bildirdikdə kobud cavab verdilər. Bir sözlə mən bu xəbəri oxuyub dünyasını dəyişən kişinin övladına haqq qazandıriram. Vaxtında gəlmədikləri üçün xəstə həyatını itirib.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.