Ölkə

Bu metrostansiya avqustda istifadəyə veriləcək

11 İyun 2019 12:47
1 Şərh     Baxış: 7 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bakı Metropoliteni"nin "Xətai" stansiyası bu ilin avqust ayında istifadəyə veriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "Bakı Metropoliteni"ni QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, hazırda stansiyada eskalatorların sazlanma prosesi gedir:

"Artıq stansiyada yeni eskalatorların quraşdırılması baş çatıb. Biz çalışırıq ki, "Xətai" stansiyasını mümkün qədər tez sərnişinlərin istifadəsinə verək.

Tikinti-quraşdırma işləri yekunlaşmaq üzrədir. Eskalatorlar artıq quraşdırılıb. Avqust ayında stansiya yeni görkəmi ilə istifadəyə veriləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.