Ölkə

AMEA elmi tədqiqat müəssisələrində direktor vəzifəsinə seçkilər keçirilir

11 İyun 2019 11:01
0 Şərh     Baxış: 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi tədqiqat müəssisələrində direktor vəzifələrini tutmaq üçün seçkilər keçirir.

AMEA-dan Milli.Az-a verilən məlumata görə, direktor vəzifəsinə seçkilər Fizika İnstitutu, İdarəetmə Sistemləri İnstitutu, Riyaziyyat və Mexanika İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Biofizika İnstitutu, Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu, Geologiya və Geofizika İnstitutu, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu, Mərkəzi Nəbatat Bağı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyi, Fəlsəfə İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu üzrə keçirilir.

AMEA-nın elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, AMEA-nın həmin bölmədən olan üzvləri və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə təqdim edilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.