Ölkə

Bakı-Quba yolu dağılıb - “Səhvə yol verilib”

11 İyun 2019 10:47
6 Şərh     Baxış: 3 151

Bakı-Quba yolu bərbad vəziyyətə düşüb.

Milli.Az xezerxeber.az-a istinadən xəbər verir ki, magistral yol dağılıb.

Sürətli avtomobil yolunun bir neçə km-lik hissəsində böyük çuxurlar əmələ gəlib. Yolun paytaxta gəliş hissəsinin hazırkı vəziyyəti, sözün əsl mənasında, ürək ağrıdır. Problem özünü Siyəzən rayonundan başlayaraq, Xızının Giləzi qəsəbəsinə qədər olan hissədə daha çox göstərir.

Yolun hazırkı vəziyyəti sürücülər üçün təhlükəli vəziyyət yaradır. Çəkiliş zamanı yola görə bir neçə iritonnajlı avtomaşınlarda texniki nasazlıq yarandığını müşahidə etdik. Üstəlik, sürücülərin əksəriyyəti yolda tez-tez zolaq dəyişdirməyə məcbur qalırlar. Çuxura düşməmək üçün edilən ani manevrlər isə magistral yolda qəza riskini artırır.

Yolun hazırkı vəziyyətinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi münasibət bildirib. Qurumun sözçüsü Anar Nəcəfli deyir ki, yol çəkilən zaman tikinti işləri aparan podradçı şirkətlərin işinə nəzarət olunmayıb. Bu səbəbdən yolda konstruktiv səhvlərə yol verilib. Yolda qrunt sularının ötürülməsi üçün drenaj sistemi pis qurulub və yaxud bəzi hissələrdə, ümumiyyətlə, bu sistem yaradılmayıb. Yolun dağılmasının digər bir səbəbi həddindən artıq yüklənən avtomobillərin həmin yoldan hərəkət etməsidir.

Anar Nəcəflinin sözlərinə görə, yolun deformasiyaya uğrayan hissələrində təmir işlərinə start verilib.

Təmir işləri mütəmadi olaraq bütün dağılmış hissələrdə aparılacaq.

Milli.Az

loading...

Şərh yaz:

6 Şərh:

  • Anonim
    Əli · 11 İyun 11:09120

    1 milyard pul xərclənib həmin yola .buda nəticəsi

    Cavab yaz
  • Anonim
    Əli · 11 İyun 12:06110

    1 milyard dollara çəkilən yol qısa müddətdə dağıldı.

    Cavab yaz
  • Anonim
    Əli · 11 İyun 12:09120

    Yol mütəxəssisləri efirdə çıxış edib deyirlər ki, ağır tonajlı maşınlar dağıtdə. Yol mütəxəssisləri bilmirdilər ki, burdan qarışqa yox, ağır yüklü maşınlar keçəcək??

    Cavab yaz
  • Anonim
    Əli · 11 İyun 12:1090

    Yol mütəxəssisləri yol çəkəndə elə zənn ediblər ki, burdan AT arabası keçəcək

    Cavab yaz
  • Anonim
    Əli · 11 İyun 12:1170

    Kometariləri verməyəcəksizsə niyə açırsız.

    Cavab yaz
  • Anonim
    Keçəl · 11 İyun 12:1730

    Keçəl başıni yudun ? Yudum da,daradım da.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.