Ölkə

Deputatlardan “Qaloş piri”ndəki izdihama fərqli REAKSİYA: Bara getməkdənsə, ziyarətgaha getsinlər...

10 İyun 2019 19:01
34 Şərh     Baxış: 3 461

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başlaına hansısa geyim əşyasının sürtülməsidir. Əvvəlcə iddialarda həmin geym əşyasının qaloş olduğu bildirilirdi. Guya, insanların mədət umduğu həmin qaloşu vaxtilə burada yaşamış Seyid Miribiş ağa geyinib.

Amma Goranboy rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov iddianı təkzib edib. O, insanların başına çəkilən əşyanın qaloş deyil, papaq olduğunu söyləyib. 

Milli.Az bildirir ki, insanların bu cür davranışlara meyli, pirlərə, seyidlərə sitayiş etməsi haqqında Modern.az-a danışan millət vəkili Fazil Mustafa isə bunu cəhalət adlandırıb. Amma F. Mustafa düşünür ki, belə inancların qalmağına sevinmək lazımdır:

"Çünki cəhalətin stimullaşdırılması üçün aparılan işlər nəticəsini göstərir. Cəhaləti aradan qaldırmaq niyyətilə atılan addımlar dəstəklənmir. Belə batil əməlləri, inancları cəmiyyətin düşüncəsindən silmək üçün yazılmış xüsusi kitabların, tənqidi fikirlərin tirajlanmasına ehtiyac var. Məsələn, Nəriman Nərimanovun məşhur "Pir", Əbdürrəhim bəy Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" adlı əsərləri var. Bir dönəmdə hətta dövlət tərəfindən qorunmayan bu kişilər, cəmiyyətin cəhalətdən müdafiəsini,  cahilliyə qarşı atılmalı addımları gündəmə gətirərək, qurtuluş yollarını araşdırıblar. Hazırda isə bizdə cəhalətin stimullaşdırılması, mollalığın, yanlış düşüncələrin yayılmasının təbliği müşahidə edilir. Bunu arzulayan böyük cəmiyyətin mövcud olduğunu düşünürəm".

Deputat deyib ki, kimsə, televiziya vasitəsilə səsləndirdiyi fikirlərdə insanların pirə , imamzadələrə getməsinə normal yanaşırsa, bunu dəstəkləyib, təbliğ edirsə, nəticəsinin qaloşa sitayişə gedib çıxacağını dərk etməliyik:

"İslamda seyidlik yoxdur", "pirə ibadət yalandır", "Azərbaycanda peyğəmbərlərin izi-tozu belə yoxdur" deyə yazılmış kitablar qadağan edilirsə, deməli, cəhalətin qarşısı alınmayacaq. Baxmayaraq ki, ölkəmizdə əksəriyyət orta və ali təhsillidir, amma bu qabığın altında böyük cəhalət yatır. Ələmin arxasınca sürünən insan selini görəndə anlayırsan ki, çox geriyə getmişik. Hətta indiki kütlə Nərimanov, Haqverdiyev dövründən də cahil hesab oluna bilər. Baxın,  ali məktəb diplomlarının altında da savadsızlıq, cəhalət durur. Ali məktəbə gedən şəxsin qəbul olunmaq üçün pirlərin qabağında, ölən şəxslərin məzarında dua etməsi, qurban kəsməsi kimi anormal ənənə hansı inkişaf etmiş ölkədə var? Bu, ancaq Azərbaycanda ola bilər. Çünki biz azərbaycanlını cəhalətə qarşı dirənişi, immuniteti olan toplum kimi yetişdirmirik. Ona görə, cəhalətə qarşı fikirlərin yer aldığı kitab çıxan kimi onu qadağan edirik. Azərbaycanda cəhalətin stimullaşdırılması üçün daha sistemli iş gedir, nəinki onu aradan qaldırmaq".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, insan inanırsa, pirlərə gedəcək, sitayiş edəcək:

"Mən də uşaq vaxtı pirlərə getmişəm. Son yayılan videoya baxmamışam, Goranboydakı həmin hadisədən xəbərim yoxdur. Amma ümumiyyətlə, pirlərə getmək ziyanlı deyil. İnsanlar bara, narkotik çəkməyə getmirlər ki, qoy ziyarətgahlara getsinlər.

Cəhalət isə tamam başqa bir şeydir. O insanın inamı var, bəlkə pirə gedib, özünə şəfa tapır. Biz onun qarşısını niyə alaq ki? Xristianlar kilsəyə gedirlər, oturub, kilsə rəhbərinin əlini öpürlər. Bir adam bunu cəhalət adlandırmır. Amma bizdə bir şey olan kimi deyirlər, cəhalətdir. Bizdə Nardaran piri, Ətağanın qəbri və s. var. Mən özüm gedirəm oralara. Mən insanam, bəlkə inancım həqiqət tapır. Bilirsiniz, insan bu yolla Allaha yaxınlaşır, hesab edir ki, orada dua etsə, Allaha daha yaxın olar. Allah birdir, hər şeyi ondan istəməlisən. Ora gedəndə nolar ki, bu adam oğurluq, quldurluq etmir. Buna baxmayaraq, 1-2 dələduz çıxır, yalandan nə isə hazırlayır, insanları cəlb edir. Bu, xurafatdır, tamam başqa məqamdır. Amma ziyarətgahlara getməyə niyə qadağa qoyulsun?"

Deputat Tahir Kərimli isə xatırladıb ki, Quranda bütpərəstlik inkar olunur. Onun fikrincə, insanlar qeyri-ixtiyari öz dərdlərindən qurtulmaq, gələcəyini daha yaxşı qurmaq üçün belə inamlara gedirlər:

"Dinlərə, hər hansı bütlərə inam, pirlər insanların psixologiyasına müsbət təsir edir. İnsanın psixoloji quruluşu elədir, belə inanclar nikbinliyə səbəb olur, müəyyən xəstəliklərin, psixoloji sarsıntının aradan qaldırılmasına şərait yaradır. Amma bundan sui-istifadə edənlər də var. Necə yəni, qaloşu, ya papağı başına sürtməklə insan sağala bilər? Görünür ki, bu insanların inamından sui-istifadə etməkdən başqa bir şey deyil.

1980-ci illərdə Ağsuda baxdığımız bir cinayət işi yadıma düşdü. Qadın cadu ilə məşğul olurdu. Məhkəmədə hər şeyi boynuna aldı. Məlum oldu ki, o xristiandır, Belarusiyadan gəlib. Özü etiraf etdi ki, Azərbaycan camaatının avam olduğunu görüb, insanları aldadaraq, pul qazana biləcəyini düşünüb. Hətta həmin qadının etirafını dinləsələr belə, zərərçəkmişlər ona verdikləri pulu geri almağa qorxurdular. O qədər inanırdılar ki, verdikləri pulu geri almadılar.

Bütün bu nümunələrin mövcudluğu cəhalətin nəticəsidir. Təəssüf edirəm ki, çox az da olsa, belə şeylərə inam hələ də qalıb". 

Milli.Az

loading...

Şərh yaz:

34 Şərh:

  • Anonim
    Tənqidçi · 10 İyun 19:07121

    Bu bilirsin nədən irəli gəlir??? Bizdə dini maarifləndirmə çox zəifdi...Ən azından dini tele kanal olmalıdı ki,ordan insanlara çox şeyləri düzgün çatdırsınlar..özüdə indi ki,zəmanədə çox lazımlı bir şeydi...Dini savadsızlıq baş alıb gedir...

    Cavab yaz
    • Anonim
      Tәnqidçiyә · 10 İyun 21:27214

      Din dә başdan ayağa nağıl deyil? Çomağını yerә vurdu dәniz aralandı, ay nә bilim nuh gәmi düzәtdi heyvanlarla minib gәzdilәr vә s vә s. Din beyni dumanlandırıb qoyun y.aradır. Avropa Amerika ağ adamlar bunu çoxdan anlayıb ağ günә çıxıb, bir biz qaralar bu xurafatda üzürük. Bu seyyyiddlәr hardan çıxıb bәs? Seyidlәr әrәb әsillidirlәr. Mәn onları әcnәbi hesab edirem. Miqrantdılar)))

      Cavab yaz
      • Anonim
        Bismilləhirrahmənirrahim · 10 İyun 21:4473

        Kafir olub ayələrimizi yalan sayanlara gəldikdə isə, onlar Cəhənnəm sakinləridir. Onlar orada əbədi qalacaqlar. Ora necə də pis dönüş yeridir!//ət-Təğabun surəsi 10 ayə

        Cavab yaz
  • Anonim
    Aki1 · 10 İyun 19:0972

    Barları baglıyın getmrsinlerdee bess

    Cavab yaz
  • Anonim
    mamuska · 10 İyun 19:30820

    bir ay bundan qabaq biz de ziyaretgaha getmisdik.evvel Berdede Seyid Yusif aganin ziyaretgahina,sonra ise Beyleqandaki Cercis aga,basqa adi Zencirli aga adi ile taninan ocaga getdik,ziyaret etdik.orda dualarimizi etdik,namaz qildiq ve ordan yeni ruhla geri donduk.neyi demek isteyirem-biz Beyleqanda olanda hardasa 10 nefer deputat,nazirlik emekdaslarindan ibaret bir deste ocaga geldiler,packa ile pul cixardib oranin iscilerine ziyaretgahin telebatina ,temir berpasina iane kimi verdiler.bunun neyi pisdir kiii...hetta memurlar da muqeddeslere inanir,ziyaretgahlara gedir,cunki insanin inancini ne qirmaq,ne de silmek olmaz.sexsen men ozum tez-tez Imamzadeye gedirem,dualarimi edirem.insan ele bil hemin vaxt paklanir,fikirleri yenilenir.

    Cavab yaz
    • Anonim
      siz yaslarda Qur'an ı mollaya pulla oxudanda · 10 İyun 19:57100

      Təbii ki, bu fikirdə olacaqsınız. Bir gedin ALLAH ın kitabınl açın oxuyun . Onlar bir milçək belə yarada bilməzkən,sizin dualarınızı eşidəcək? Əgər məqsəd ALLAH a yaxınlaşdırmaqdırsa,evinizdə oturub,namazı qılıb,əllərinizi açıb tək olan ALLAH dan istəsəniz O sizi vasitəsiz Eşidər.Çünki O Eşidəndir!Biləndir!

      Cavab yaz
      • Anonim
        mamuska · 10 İyun 20:3166

        menim evimde 3 Qurani-Kerim var,biri babamdan qalib,qedim kitabdir,digerleri sovet dovrunun nesri ve tercumesidir.ve deyim ki,Qurani oxuyuram ve her defe de yeni menalarini ozum ucun kesf edirem.96-ci ilden de namaza baslamisam,orucumu tuturam,nece ki,Allah oz kitabinda bize buyurub.amma Allahin gonderdiyi muqeddesleri de ziyaret etmek lazimdir.Cercis aga 124000 peygemberden biridir,Imamzadede ise Imam Huseynin neticesi Sahzade Ibrahimin qebri var.men neyi demek isteyirem-Allaha dua ve secde ederken onun yaratdiqlarina ve secilmislerine and vermek Allahin xosuna gelen ibadetdir.mes,ey Qadir Allah,seni and verirem 124000 peygemberine,12 imama ve s...oxudugum butun ister ereb,fars,isterse de qerb serqsunaslarinin Quran tefsirelerinde,Quran qisselerinde bunlarin hamisi gosterilib.ona gore de yazanda ozunu cox da agilli gosterme.

        Cavab yaz
        • Anonim
          Bismilləhirrahmənirrahim · 10 İyun 20:5950

          . Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.//İbrahim a.s surəsi 52 ayə

          Cavab yaz
      • Anonim
        Bende · 11 İyun 09:4821

        19.57-ye-İster ehli-sunne ister ehli üie namazinin teüehhudunde cumle var-Assalamu aleykum eyyuhannabiyyu ve rahmatullahi ve barakatuh- Salam olsun sene ya Peygember(s.a.s) . Yeni 1400 il bundan evvel olmuü Peygemdara niya salam verilir? duüunmusen? 2-cisi Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. ("Ali Imran", 169). ve s.

        Cavab yaz
      • Anonim
        Bende · 11 İyun 09:5020

        Men bu Goranboydaki olaya gore haqq qazandirmiram. Amma bu o demek deyil ki bu olayi butun İslama ve ya EHli-beyt mektebine yaxma q lazimdir. "Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər" ("Nisa", 64) -Burad aozleri dua ede bilmezdiler? Peygamberden istayirler ki onlar ucun dua etsin

        Cavab yaz
      • Anonim
        Bende · 11 İyun 09:5320

        "Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O, həqiqətən, bağışlayandır, rəhm edəndir!"" (Yusif", 98). "Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!" dedilər" ("Yusif", 97) "Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o, (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!" ("Yusif", 93").

        Cavab yaz
    • Anonim
      mamuşkaya · 10 İyun 20:2672

      Sizə sadəcə 1 sualım var,səmimi cavab versəniz yaxşı olar.Bir anda zəlzələ olsa,tyfan qopsa,dəniz daşsa və s.bir ordusunu ALLAH göndərərsə,o zaman saydığınız yerlərə necə gedəcəksiniz?Duanı necə edəcksiniz?ALLAH ı Şahid gətirirəm ki,siz o anda yalnlz ixlasla yerinizdəcə ALLAH dan istəyəcksiniz.Heç kimi xatırlamayaqsınız.Elə ki,ALLAH təhlükəni sovuşdurdu,o zaman yenə Ona şəriklər qoşacaqsınız.Əhd edəcəkdiniz vəs.Bunları mən özümdən demirəm.Məni,sizi və sizin ALLAH dan başqa tapındıqlarınızl Yaradan ALLAH deyir. Açın bir o kitabı oxuyun. Özünüzü oda atmayın

      Cavab yaz
      • Anonim
        mamuska · 10 İyun 21:0353

        ay qadan alim,sene kim dedi ki,men Allaha serik qosuram...estegfurullah... men yuxarida yazdim axi,nece dua etdiyimi...Allah tekdir,benzeri yoxdur,ne dogulub,ne dogub...men ne deyirem,sen hara yozursan...yazdigimi diqqetle oxu,sonra yaz.bizim kitabda da var-qebirleri ziyaret edin,dua oxuyun,yada salin,biz de edirik deee...hem oz dogmalarimizi ziyaret edirik,hem de muqeddeslerin qebirlerini,coxmu qebahet edirik...elbette ki,cetinde Allahi cagiririq,Allahdan nicat isteyirik,muskullerimizin hellini Allahdan gozleyirik,amma bu o demek deyil ki,biz Allahin her hansi missiya ile Yere gonderdiyi secilmisleri inkar edek...

        Cavab yaz
        • Anonim
          bilirsiz · 10 İyun 21:1421

          qəbirlər niyə ziyarət olunmalıdır?Yalnız ölümü xatırlamaq üçün.Sizin dəliliniz var? Harda yazılıb ki,gedin o kəslər Peyğəmbərdir,ondan istəyin. Mənə dəlil gətirin dəlil

          Cavab yaz
    • Anonim
      siz ALLAH ın Adından yalan danışırsınız · 10 İyun 20:5140

      İnanın əgət tövbə etməsəz sizi ALLAH ın vəd etdiyi cəhənnəm odu gözləyir. ALLAH ın son Peyğəmbəri Muhamməd s.a.s belə qəbrindən istənəməyə çağırıb.Siz isə yalan deyirsiniz. Gedin o kitabı yaxşı oxuyun. Nuh a.s ta son Peyğəmbərimizə qədər gələn peyğəmbərlərin göndərilmə məqsədini oxuyun. Onlar yalnlz ALLAH ı təkləyin və Ona heç bir şeyi ortaq qoşmayın deyə göndərib. Siz oxuyursunuz amma dərk etmirsiniz. Nuh a.s surəsi,İbrahim a.s surəsi və başqa surələri,əl-Ənam və başqalarını açın diqqətlə oxuyun.

      Cavab yaz
      • Anonim
        mamuska · 10 İyun 21:2724

        men Allahimi da taniyiram,peygemberimi de taniyiram,kelmeyi sehadetimi,kelimeyi teyyubehimi de bilirem...sadece biz ayri-ayri dillerde danisiriq.men bele basa dusdum ki,sizin tehsiliniz yoxdur,ona gore de oxuduqlarinizi oz prizmanizdan serh edirsiniz.Allah deyib ki,basa dusmeyen adamla mubahise etmeyin,men de ele burda noqte qoyuram ve bundan sonra yazacaqlariniza cavab vermeyeceyem.Allah sizi qorusun.fikirlerinize hormet edirem,amma oz fikirlerimde de qaliram. cunki deputatlarin sozu olmasin-gedib ogurluq edince,pis islerle mesgul olunca,bara,diskotekaya gedince ele pirlere,ocaqlara getmek meslehetdir.

        Cavab yaz
        • Anonim
          mən də · 10 İyun 21:4121

          Özümə və sizə ALLAH dan hidayət diləyirəm. ALLAH dilədiyinə hidayət verər,dilədiyini sapdırar. Mən sizdən dəlil istədim. VALLAH i dediyinizin heç biri Qur'anda yoxdur. Sizin dəliliniz yoxdur. ALLAH ın Kəlamı ən üstündür. Bunu unutmayın

          Cavab yaz
    • Anonim
      mamuşkaya · 10 İyun 21:2423

      Ümumiyyətlə siz şərik nədir bilirsiz? Öz ağlınızdan deyil. ALLAH ın kitabından dəlil gətirin.

      Cavab yaz
  • Anonim
    a · 10 İyun 19:3775

    Fazil mellib hemiseki kimi duz deyir.halal olsun ona.

    Cavab yaz
  • Anonim
    Bismilləhirrahmənirrahim · 10 İyun 19:5860

    1. Aləmləri xəbərdar etməsindən ötrü Öz quluna Furqanı (Quranı) nazil edən Allah necə də xeyirxahdır!//əl-Furqan surəsi 1 ayə

    Cavab yaz
  • Anonim
    orbet. · 10 İyun 20:34152

    Nə qədər savadsız, cahil olasan ki, belə hallara inanmış olasan. Ölkədə bütün xəstələri hesab etmirəm, təkcə elə 620 minə yaxın əlil var. Adlarını seyid qoyanlar, yəni soy səçərəsi olmayıb sonradan familyasını adını dəyişib insanların Peyğəmbər soyuna sevgisindən sui-istifadə edib onları aldadaraq özlərini seyidləşdirən fırıldaqbazlar, nə əcəb insanlıq edib təmənnasız həmin əşyalardan gətirib əlillərin başlarını sürtmürlər ölkədə əlil olmasın, bəs siz " peyğəmbər" nəslindən deyilsiz, Peyğəmbər öz missiyasını pulla etmişdir? belə də cahillik fırıldaqbazlıq olar... belə oyunbazları araşdırıb məsuliyyətə cəlb etmək lazımdır

    Cavab yaz
  • Anonim
    MEHMAN QAZAXLI · 10 İyun 21:1945

    MƏNİM BİLDİYİMƏ QƏDƏR GÖZÜMÜZLƏ GÖRDÜYÜMÜZ VAR --GÖRMƏDİYİMİZ VAR --MƏLƏKLƏR VAR --CİN--ŞEYTANLAR VAR ALLAH YANINDA SEVİMLİ RUHLAR VAR ALLAH ONLARI SEVİR.İNSANLARDAN OLAN PEYĞƏMBƏRLƏRİN İŞİ ALLAHIN VARLIĞINI İNSANLARA BAŞA SALMAQDIR . OCAQLAR PİRLƏR MÖVCUDDUR İLLƏRNƏN XALQIN İNAMI YARANIB İNANCI VAR VƏ YENƏDƏ OLACAQ--ONLAR ALLAHIN SEVİMLİ BƏNDƏLƏRİDİR SEVİMLİ RUHLARDIR. BUNLAR HƏQİQƏTLƏRDİR VAR OLAN BİR İŞDİR İNKAR ETMƏK OLMAZ.O Kİ QALDI FIRILDAQCILAR ŞARLATANLAR BUNLARI XALQ AYIRD EDİB BİLMƏLİDİRLƏR.

    Cavab yaz
    • Anonim
      Bismilləhirrahmənirrahim · 10 İyun 21:3640

      De: "Hamı gözləyir, siz də gözləyin. Yaxında siz kimin doğru yol sahibi olduğunu və kimin haqq yola yönəldiyini biləcəksiniz!"//Ta ha surəsi 152 ayə

      Cavab yaz
  • Anonim
    Zəhra · 10 İyun 22:2924

    Ən böyük günahlardan , böyük günahlardan biri də şirkdir. Allaha şərik qoşmaq. Mamuska siz və sizin kimilər yalnız Allaha şərik qoşursuz

    Cavab yaz
    • Anonim
      ) · 10 İyun 22:3611

      Bəli. ALLAH hidayət versin. Nə deyək.

      Cavab yaz
  • Anonim
    Zəhra · 10 İyun 22:3424

    Ən böyük günahlardan biri də şirkdir. Allaha şərik qoşmaq. Mamuska siz və sizin kimilər bu günahı işləyir. Allahımız olduğu halda niyə başqa qapılara gedək?

    Cavab yaz
  • Anonim
    Zəhra. Bismilləhirrəhmənirrəhimə · 10 İyun 22:3520

    Çox gözəl şəkildə ayələrimizlə izah vermisiz. Əla! Allah köməyiniz olsun.

    Cavab yaz
    • Anonim
      Amin · 10 İyun 22:5910

      Hər kəsin. Mən əsla öz sözlərimlə danışmaram. Çünki yalan deyə bilərəm. ALLAH isə əsla yalan danışmaz. Ona görə mənim dəlilim ALLAH ın kəlməsidir. Artıq haqq hər kəsə bəyan olub.

      Cavab yaz
      • Anonim
        Zəhra · 10 İyun 23:2010

        Bəli. Tamamilə doğru dediz. Allaha bağlı birini görmək məni çox sevindirir. Sadəcə bilirsiz insanların bu qədər savadsız olmağın anlaya bilmirəmee. Məntiq var. Göylərdən ehdirilmiş müqəddəs kitabımızı bircə dəfə səhifələyib haqqı görmək istəmirlər. Ərəbcə bilməyənlər tərcüməsin oxusun. Müasir dövrdü. Tərcümələr hər yerdə satılır. İndi heç kimin bəhanəsi ola bilməz

        Cavab yaz
        • Anonim
          Zəhra xanıma · 10 İyun 23:3810

          İnsanlar kitabın Ya sin surəsindən ibarət olduğunu,gəlinlə bəyi kitabın altından keçirməyi nə bilim evin hündür yerinə qoymağı və s bilirlər. Amma açıb içindəki ayələri oxuyub,düşünən yoxdur.ALLAH mənə nə deyir bu ayədə deyə. Ən böyük günah ALLAH a ortaqlar edinməkdir. ALLAH Ona şərik qoşanları əsla bağışlamayacaq. Bütün ibadətləri də boşa çıxacaq. İnsan dinini araşdırmazsa,hər yaşadığını din bilər

          Cavab yaz
          • Anonim
            Zəhra · 11 İyun 12:1900

            İndikilərə başqa dcür desək : Nə sərf eliyir onu bilirlər də. Deyirlər biz şiəyik. Müsəlmanıq amma dinləri haqda məlumatları yoxdur çox təəssüf

            Cavab yaz
            • Anonim
              ) · 11 İyun 14:1100

              Maraqlıdır. Kimin şiəsidirlər? Heç səhabələr arasında bu söhbətlər olmayıb.

  • Anonim
    Ramil · 10 İyun 23:1320

    Tahir bəy belaruslu qadını misal gətirir, axı bu qədər cəhalətdən olmaz, axı

    Cavab yaz
  • Anonim
    Bəndəyə · 11 İyun 11:0300

    Sizin dəlil gətirdiyinizdə o Peyğəmbərlərin heç biri ölməmişdi,o sözləri deyirdi. Qaldı şəhidlər ölü deyil,bəli bu ALLAH ın ayəsidir. Amma bu o demək deyildir ki,gedib onların qəbrindən istənsin. Əgər eləydisə o zaman başda Peyğəmbərimiz s.a.s gedib bütün şəhid edilən Peyğəmbərlərin qəbrindən istəyərdi. Onları vasitəçi tutardı dualarında. Amma demək ki,dua yalnız birbaşa ALLAH a edilir. Bismilləhirrahmənirrahim // De: "Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi. Siz haqqı yalan saydınız. Ona görə də əzab sizi rahat buraxmayacaqdır!"//Furqan surəsi 77 ayə.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.