Ölkə

Gəncədə oğlunu vəhşicəsinə döyən ata saxlanıldı - YENİLƏNİB - VİDEO

10 İyun 2019 20:04
48 Şərh     Baxış: 4 944

20:04

Gəncədə 14 yaşlı oğlunu vəhşicəsinə döyən ata saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib.

Yeniyetmənin atası İlham Məmmədova qəsdən sağlamlığa yüngül xəsarət yetirmə maddəsi ilə cinayət işi açılıb.

Faktla bağlı araşdırma aparılır.

---------

15:29

Gəncədə ana yeniyetmə oğlunun atası tərəfindən döyülməsi ilə bağlı videomüraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, atanın onu döyməsi haqda polisə müraciət edilsə də, hər hansı tədbir görülməyib. Ər və arvad rəsmi nikahda olsa da, ayrı evlərdə yaşayırlar. Döyülən 14 yaşlı R. atası, bacısı isə anası ilə qalır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov "Qafqazinfo"nun bu hadisə ilə bağlı sorğusunu cavablandırıb. O bildirib ki, iyunun 3-də 2005-ci il təvəllüdlü R-in atası, 1972-ci il təvəllüdlü İlham Məmmədov tərəfindən döyülməsi ilə bağlı polisə müraciət daxil olub. İ.Məmmədov rayonda dəmir parçaları yığıb satmaqla məşğul olub. 

Məlum olub ki, ata oğlunu arvadının yaşadığı evə göndərib və videomaqnitofon və onun naqilini gətirməsini tapşırıb. Oğul videomaqnitofonu atasına aparıb versə də, naqil yadından çıxıb. Buna görə də İ.Məmmədov onu taxta parçası ilə döyüb.

Baş inspektor ananın polis laqeydliyi ilə bağlı iddiasına cavab olaraq bildirib ki,  polisə müraciət edildikdən sonra təhqiqatçı şəxsən təcili tibbi yardım çağırıb və ilkin diaqnostikadan sonra R-i öz maşını ilə 2 saylı Uşaq Poliklinikasına aparıb. Polis əməkdaşı xəstəxanada ambulator müayinədən sonra uşağın anasına deyib ki, sabah saat 9-da onun da iştirakı ilə uşağın ifadəsi alınacaq və məhkəmə tibbi ekspertizasından keçiriləcək: "Həmin gün həm də İlham Məmmədovun ifadəsi alınıb. O da hadisə zamanı içkili olduğunu bildirib və naqili gətirmədiyi üçün oğlunu döydüyünü etiraf edib. Lakin R-in anası səhəri gün saat 5 radələrində uşağı da götürərək Bakıya gedib və efirə çıxaraq polisin onun ərini niyə tutmadığını deyib. Prosedura görə, ifadələr alınmadan, ekspert rəyi bəlli olmadan polis kimisə saxlaya bilməz, həbs olunması üçün isə məhkəmənin qərarı olmalıdır, polis heç kimi həbs etmir".

Milli.Az

loading...

Şərh yaz:

48 Şərh:

  • Anonim
    ...Admiral · 10 İyun 15:32491

    Əllərin qurusun yanına düşsün gör nə üstündə döyüb uşağı!! Necə əsəbləşdim !!!

    Cavab yaz
    • Anonim
      Marşal · 10 İyun 15:42250

      Kolleqa, mən də sənin kimi əsəbiləşdim.

      Cavab yaz
      • Anonim
        ...Admiral · 10 İyun 15:50290

        Belə vicdansızın başını kəsib zibil qabına atmaq lazımdır. Ölsün yerə girsin.

        Cavab yaz
        • Anonim
          Fağır · 10 İyun 17:0320

          Kolleqa düz dedi

          Cavab yaz
  • Anonim
    Ramin · 10 İyun 15:38270

    Polish emekdasları hara baxır bu namusuzun cezasını versinler vicdansız qeyretsiz usagı nece doyub

    Cavab yaz
  • Anonim
    Ləman · 10 İyun 15:40210

    insanlar necedə quduzlaşıb allah belə atalardan saxlasın uşagın ahı tutsun onu

    Cavab yaz
  • Anonim
    Süleyman · 10 İyun 15:41190

    Görünür, polis leytenantı öz vəzifəsini yaxşı bilmir. Uşağı o yox, təcili yardım maşını, poliklinikaya yox, xəstəxanaya aparmalıdır. Leytenantın vəzifəsi isə cinayətkar atanı çağırıb izahat almaqdır.

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 İyun 15:45192

    Tutsunlar 3-4 il is versinler deee qesden saqlamliqa zerer verme maddesiyle tutdurmak lazimdiii Kül senin ata basuvaaa

    Cavab yaz
    • Anonim
      Leman · 10 İyun 15:49120

      Kül elə bunun arvadının başına mən arvad olsam belə kişiyə dağ çekerdim buda oturub orda deyinir men dunyanı ataram

      Cavab yaz
      • Anonim
        Esra Ibrahimli(Samaxi) · 10 İyun 15:5792

        Mende ederdim...Oyyy Azadimaaaa toxunan əliii sindiraramm Gita xalasinin elin buran kimiii..180 dercecede buraram eeee bu yaziq yeqin qorxur ki bunu usaqdan beter ederrrr Bele alcaqlar 1 ci defesi deyil her haldaaa Allah belasinnn versinnn Aminnn

        Cavab yaz
  • Anonim
    Fidan · 10 İyun 15:45111

    Allah belasını versin. Ne deyek belə ataya belə ata olar tüü sene gelsin yezit köpəkoglu

    Cavab yaz
  • Anonim
    B3 · 10 İyun 15:5290

    Nə Əclaf adamdı uşağa qurban olasan ele

    Cavab yaz
  • Anonim
    Oya · 10 İyun 15:57100

    Etim biz biz oldu Allah cezasini versin inseAllah

    Cavab yaz
    • Anonim
      ( · 10 İyun 18:5845

      Tükün olar)

      Cavab yaz
      • Anonim
        ...... · 11 İyun 09:2924

        Tükü yoxdu.Lazerin qurbanı olub)

        Cavab yaz
        • Anonim
          ( · 11 İyun 11:1305

          Yəni heç bircəsi də qalmıb and yerinə?))

          Cavab yaz
  • Anonim
    orxideya · 10 İyun 15:59113

    Ata cəzalanmalıdır. Ana isə vaxtında içki düşkünü olan kişidən ayrılaraq özünü və övladlarını xilas eləməli idi.

    Cavab yaz
    • Anonim
      ~~~ · 10 İyun 16:40152

      Ayrılıb.Guya nə olduki?Ayrılmaq da çarə deyil belə kişi olmamışlara. Ölüb cəhənnəm olmasalar,heç kimə hüzur yoxdu.

      Cavab yaz
  • Anonim
    ya · 10 İyun 16:04100

    kül ata başuva.

    Cavab yaz
  • Anonim
    Mery · 10 İyun 16:1180

    Usaglarin varilideyinlerni secmek sansi yoxdu

    Cavab yaz
  • Anonim
    Sara · 10 İyun 16:1391

    Cehheneme düşəsən yezid qurd eclaf

    Cavab yaz
  • Anonim
    orxideya · 10 İyun 17:0131

    ~~~ , "Döyülən 14 yaşlı R. atası, bacısı isə anası ilə qalır...Məlum olub ki, ata oğlunu arvadının yaşadığı evə göndərib və videomaqnitofon və onun naqilini gətirməsini tapşırıb. Oğul videomaqnitofonu atasına aparıb versə də, naqil yadından çıxıb. Buna görə də İ.Məmmədov onu taxta parçası ilə döyüb." Qadın rəsmən boşanmalı və övladını içki düşkünü olan atadan uzaq tutmalı idi. Həm içkili insan özünə hakim ola bilmir, həm də içkili valideyn övlad üçün yaxşı nümunə deyil.

    Cavab yaz
    • Anonim
      ~~~ · 10 İyun 17:1731

      Guya rəsmi boşanma olsaydı uşağın ikisini də verəcəkdilər anaya?Üstəlik də əgər ana işləmirsə,maddi imkanı atanınkından azdırsa,atanın içki aludəçisi olduğunun da sübutu yoxdursa?

      Cavab yaz
      • Anonim
        mamuska · 10 İyun 18:3920

        resmi subut neye deyirsiniz,atanin qanindan alkoqol eleyhine numune goturulub tesdiqlenerse bu da sene subut.ikincisi de ana islemese de atadan aliment tutulub anaya verilmeli,elave de 2 usaga baxdigi ucun dovletden sosial yardim ayrilacaqdi ve mene ele gelir ki,elde olunan vesait usaqlari saxlamaq ucun yeterli olardi...ele icki aludesi deli ile yasamaqdansa bosanib huququnu teleb etmek ve ovladlarini boyutmek daha yaxsi olardi.sadece cahillik ve oz huquqlarini bilmemek qadinlari muti veziyyete salir.

        Cavab yaz
      • Anonim
        orxideya · 10 İyun 21:4633

        Qanun uşaqları anaya verir, müəyyən yaş həddində kiminlə yaşaması üçün uşağın fikri soruşulur. Qadının psixi durumu, əxlaqi durumu normaldırsa, analıq hüququndan məhrum olunmur. Bu öz yerində. Digər məqam. Nə vacibdir hər yoldan ötənə ərə getmək və uşaq dünyaya gətirmək. Ailə qurmağa və uşaq dünyaya gətirməyə dırnaqarası baxanda, nəticələri də çox ağır olur.

        Cavab yaz
        • Anonim
          F.S.D. · 11 İyun 11:3910

          Orxideya heç kim yoldan ötənlə ailə qurmur, ya sevib ailə qurur, yada valideyinlərinin və ya özünün hesabı üzrə ailə qurur. Hansı halda ailə qurmağından asılı olmayaraq heç kim deyə bilməz sabah başına nə iş gələcək. Heç kim heç nədən sığortalnamayıb. Siz də sığortalı deyilsiniz. Ailədə bir –birini başa düşmək və bağışlamaq prinsipi ilə yaşmalıdırlar, hətta kobud səhvlər olsada. Burada atanı pisləyənləri başa düşürəm, təcrübəsizdirlər. Sizi başa düşmürəm ailəlisinz anasınız, ananın borcu ailəni möhkəmləndirməkdir. Hansı tərəfdən baxmaqdan asılı olmayaraq Sizin düşüncələrinizi müasirliyə aid etmək olmur. Bir tərəfli müzakirə edib son nəticəyə gəlmək ən böyük səhvdir. Boşanmaq çıxış yolu deyil. Dözüb ailə saxlamaqda hər qadının işi deyil. Belə qadınlar hörmətə layiqdirlər. Ağıllı qadın ayırmır əksinə birləşdirir, bu da Siz düşündüyünüz avamlıqla heç bir əlaqəsi yoxdur.

          Cavab yaz
          • Anonim
            Əsranur · 11 İyun 13:2210

            Əziz dost,elə mən də siz yazanları yazmaq istəyirdim.Siz mənə əziyyət vermədiniz.Orxideya xanım hamını özü kimi uzaqgörən bilir.Daha demir ki,insanlığı qat-qat yüksək qızlarımız varki,əclaf əlinə düşüb,bədbəxt olurlar.Mövzudakı xanımın kiməgəldi söhbətinə gəldikdə isə,yəqin ki,həmin kişiyə gedəndə,onu özünə layiq bilib gedib də.Hər ayaqqabının öz tayı var.Sizinlə razıyam,FSD xanım.

            Cavab yaz
            • Anonim
              F.S.D. · 11 İyun 14:0800

              Əziz dost çox sağ olun, məndə Sizinlə tam razıyam, Siz real həyatı yazdınız və bu fikirlərinizlə də tam razıyam. Bir fikrinizdən başqa. Orxideya xanım kimi uzaq görən və o düşüncəli qadınlarımız sayı çoxaldıqca boşananlarmızın sayı durmadan artır. Boşanmaq maddi durumla, sosial şəbəkə ilə əlaqədar deyil. Sadacə qadınlarımızın söz götürməmək adı altında , və ya hər hansı bəhanə ilə sərbəstliyə meyilliyindən, ailə anlamını gəzmək anlamı ilə səhv salmasından və s. irəli gəlir. Hər xırda iş üçün polisə getmək niyyəti olan qadının ailəsi olmur, boşanmırsa evdə kişinin yalnız adı kişi olur. Qadın anadır, ərini də ana dünyaya gətirib ona görə ailənin möhkəmliyi qadının məsuliyyətindədir. Həyatdır, bu həyata heç ağlına gəlmədən boşanmaqda, təkrar ailə qurmaqda olur. Bir şərtlə uşaqlar bundan qəti əziyyət çəkməməlidir. Ağılı qadın uşağına atan pisdir demir. Oğlu döyülən qadın həm ərini həmdə uşağını pis vəziyyətə qoydu, uşağın sonrakı taleyi necə olacaq?

          • Anonim
            orxideya · 11 İyun 16:4700

            Ailədə şiddətə haqq qazandırmaq olmaz. Şiddət görmüş qadınların, övladların aldığı travmalar saydıqca bitməz. Kişilik həyat yoldaşının üzərində hegemonluq etməklə, əl qaldırmaq, qışqır-bağır salmaqla ölçülmür.

            Cavab yaz
            • Anonim
              Sehleb ciceyine · 11 İyun 18:0700

              Yeqin sende bosanmisan

            • Anonim
              orxideya · 11 İyun 19:1200

              18:07, hələ ki, buna ehtiyac olmayıb. 14 ildə ehtiyac olmayıbsa, çox güman ki, indən belə də olmaz. Əgər o addımı atmaq üçün şiddət, təhqir kimi tutarlı səbəbim olsa idi, boşanmaq ən optimal variant olardı.

  • Anonim
    Fağır · 10 İyun 17:0380

    Allah belə ataları qırsın qurtarsın tezliklə

    Cavab yaz
  • Anonim
    E.A. · 10 İyun 17:05100

    SENIN ATACIQ BOYNUNU YERA SOXUM ELA MAN SHERFSIZ INDI BILIRAM SEN NECA PESHIMAN OLMUSAN BELKEDE ,UTANMIRSAN OLMURSAN NECA ELIN GELDI O YAZIGA TUPURUM SENIN VARLIGINA,ALCAQ.

    Cavab yaz
  • Anonim
    Sefa · 10 İyun 18:4650

    Dehshet ...polis hardasiz???ushaga qarsi vehshiligin qarshisini siz almalisiz!

    Cavab yaz
  • Anonim
    Vefa · 10 İyun 18:4640

    Ellerden olasan seni !

    Cavab yaz
  • Anonim
    Vefa · 10 İyun 18:4853

    O anani analiq huquqlarindan mehrum etmek lazimdir.

    Cavab yaz
  • Anonim
    Anonim · 10 İyun 20:2890

    Vessalam, bu ushag artig beyin travmasi aldi. Gozle gorunmese de beyinin ichinde xirda kapillyarlar partlayib artig, mini ginsizma yaranib. Gelecekde bele ushaglarda iflic ve ya epilepsiya emele gelecek, hemchinin shiddet goren ushaglar ozleri gelecekde psixopat olub yaxinlarina shiddet gosterir. Ushag tecili suretde atadan alinib anaya verilmeli, ata ise hebse gonderilmelidir.

    Cavab yaz
  • Anonim
    Kama · 10 İyun 20:3080

    Allah bəlasını versin. Tüpürürəm eləsinin üzünə.

    Cavab yaz
  • Anonim
    VƏTƏNDAŞ · 10 İyun 21:2180

    BELƏ VALİDEYNİ TÜRMƏYƏ BASMAQ LAZIMDIR ERMƏNİ ŞƏRƏFSİZİ.

    Cavab yaz
  • Anonim
    Samire · 10 İyun 22:0240

    Polisler bu cüre döyülmelere adi bir şey kimi baxırlar. Gözlüyürler ki,vehşiler terefinden döyülenler ya komaya düşsünler, yada ölsünler ki, polisler onda herekete gelsinler, mes polisler cezalandırlmadıqlarına göre bu üzdeniraqları, son vaxtlar qeddar vehşilerin sayı çoxalıb.En çox da bölgelerde...

    Cavab yaz
  • Anonim
    Şagird qız · 10 İyun 22:2940

    Tüpürüm sənin kişiliyinə

    Cavab yaz
  • Anonim
    QQ · 10 İyun 22:3410

    Əlin qurusun.Arvada olan nifrətini uşaga töküb...

    Cavab yaz
  • Anonim
    F.S.D. · 10 İyun 22:4210

    Yazıq uşaq, kasıblıqdan içkiyə qurşanan atanın, dayaz başı ilə sərbəstliyi seçən ananın qurbanı oldun(((atada, anada hər ikisi eyni dərəcədə günahkardır. Qadın uşağını video görüntüsünü götürüb Xöşqədəmin verlişinə qaçıb gələ bilirsə, rəsmi boşanmadan ayrı yaşaya bilirsə demək bu qadın elə də fağır qadın deyil. Belə qadlna ərlik etməkdə xüsusən kasıblıqla çox çətindir. Kişi arvadının acığını uşaqdan çıxdı. Səhv edib olmaz bu qəddarlıqdır. Bu qəddərlıq nə vaxtsa olacaqdı, çünki bu stres özünü mütləq nə vaxtsa göstərəcəkdi. Qadınlar uşaqlarlnızı qoruyun, kül atasının başına deyib küçələr gəzməyin. Atan pisdir deməyin, bu uşaqdan əvvəl özünüzə hörmətsizlikdir. uşaq travma aldı.ay ana ay ata uşağa qayğı göstərin səhvinizi etiraf edin sevin balanızı , bu sevgi uşağınızı sağaldacaq.

    Cavab yaz
  • Anonim
    Neo · 10 İyun 22:5010

    Göresen bu vehşiliye ücün adi ana olan gadinin hecmi günahi yoxdur??

    Cavab yaz
  • Anonim
    Nevruz Deniz · 10 İyun 23:3210

    Gelin tek atani qinamayaq her iki valideynin sehvi var. Beli bagslanilmaz sehvdi amma çalışaq ailemizi qoruyaq ki usaqlarmiz travmasiz boyusun Allah'ın bize bexs etdiklerni qorumaq borcumuzdu.

    Cavab yaz
  • Anonim
    Name · 11 İyun 00:2920

    Usaglar bizim geleceymizdi.. ama usag vaxti az doyulmusuk?ovaxti sadece polis interner yoxd idi avamciliq olub..

    Cavab yaz
  • Anonim
    Name · 11 İyun 00:3210

    Cox tenqit edirsiz.. gunahi var atanin ama yenede usagin atasidi. Usag atasiz hecdi

    Cavab yaz
  • Anonim
    Oxucu · 11 İyun 03:5910

    Kopolu

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.