Ölkə

Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək? - Rəsədxanadan cavab

10 İyun 2019 12:59
0 Şərh     Baxış: 4 797

İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.

Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.