Ölkə

“İnsanların başına çəkilən qaloş deyil, seyidin papağıdır” - VİDEO

10 İyun 2019 13:45
19 Şərh     Baxış: 2 469

Sosial şəbəkələrdə Goranboyun Qurbanzadə kəndindəki pirdə çəkilən görüntülər səs-küylü müzakirələrə səbəb olub. Müzakirələrin səbəbi isə insanların nicat tapmaq üçün gəldiyi pirdə başına qaloş sürtdürməsidir. İddialara görə, qaloş burada yaşayan Seyid Miribiş ağaya məxsusdur.

Milli.Az xəbər verir ki, Goranboy Rayon İcra Hakimiyyətinin Qurbanzadə kənd icra nümayəndəsi Mehman İbrahimov məsələ ilə bağlı modern.az-a açıqlama verib.

M.İbrahimov deyilənlərin həqiqətə uyğun olmadığını bildirərək, müzakirələri yersiz adlandırıb:

"Orada insanların başına çəkilən qaloş deyil. Qaloşdan söhbət də gedə bilməz. Seyid Miribiş ağa 1972-ci il iyunun 8-də dünyasını dəyişib. Hər il iyunun 8-də Seyidin ildönümü qeyd edilir, nəvələri ona ehsan süfrəsi açırlar. Ehsan süfrəsinə ətraf kəndlərdən insanlar gəlir. O görüntülər də ildönümündə çəkilib. Ehsan süfrəsi açılır, insanlar bir tikə yeyib gedirlər. Burada pis heç nə yoxdur. İnsanlardan ocağa hörmətlə yanaşmağı xahiş edirəm, şəkk edib pis-pis şeylər yazmaq düzgün deyil".

M.İbrahimov qeyd edib ki, insanların başına çəkilən mərhumun papağı olub:

"Sadəcə, baş geyimini sellafona büküb nümayiş etdirirlər. Eyni zamanda, istəyə uyğun olaraq, insanların başına çəkirlər. Bu məlumatları kim yayıb, niyə yayıb - onu deyə bilmərəm. Amma görünür ki, süni ajiotaj yaratmaqdan başqa bir şeyə xidmət etmir".

Rayon rəsmisinin sözlərinə görə, hazırda Seyidin evində onun nəvələri yaşayır:

"Evdə yaxınları, ailə üzvləri yaşayırlar. Seyidin oğlu rəhmətə gedib. Videoda büstün yanında papağı nümayiş etdirən nəvəsi Seyid Xəlildir. Seyidin babaları keçmişdə İrandan gəliblər. Özləri Goranboyda doğulub, burada boya-başa çatıblar. Seyid özü də, oğlu da rayonda rəhmətə gedib".

Milli.Az

loading...

Şərh yaz:

19 Şərh:

  • Anonim
    Puahhh · 10 İyun 13:4856

    Indi guya agilli bir sey dedi

    Cavab yaz
  • Anonim
    Papatya · 10 İyun 13:5196

    Qaloş olmayib papaq olmaği neyi deyişdirer ki? Qaloşda olmadiği kimi papaqda da hec bir şefa yoxdur, ne papaqda, ne ocaqda.

    Cavab yaz
    • Anonim
      ~~~ · 10 İyun 14:1710

      Heç olmasa başlarına başa dəyəni sürtüblər, ayağa dəyəni yox)

      Cavab yaz
      • Anonim
        Papatya · 10 İyun 14:3533

        :))qaloş olsaydi onu da surterdiler mence. Ne bilim vallah Dalğa men heç vaxt inanan olmamişam bele şeylere. Ne de ziyaret etmemişem bu kimi yerleri. Ne deyim kim inanib gedir ocaq yiyesi yardimçilari olsun.

        Cavab yaz
        • Anonim
          ~~~ · 10 İyun 15:4100

          Əslində mənim yazığım gəlir bu insanlara,çünki hamısı dərdli,xəstə,problemli insanlardı.Həkimə gedirlər şəfa tapmırlar, əlac qalır bu yollara.Ölməkdən ümid etmək yaxşıdı.Onların da son ümidi bu ocaqlardı.

          Cavab yaz
  • Anonim
    **** · 10 İyun 14:0432

    Süniliyi siz yaradirsiz.bezi insanlarda inanir.Allahdan isteyin herşeyi.papaqdan yox.

    Cavab yaz
    • Anonim
      anonim · 10 İyun 14:2108

      allah da verecey axi her seyi,,,,,

      Cavab yaz
      • Anonim
        **** · 10 İyun 14:2941

        14:21 pirler verecek ?

        Cavab yaz
      • Anonim
        d · 10 İyun 15:1223

        beli verecek.teki sen temiz insan ol,dualarini urekden iste

        Cavab yaz
        • Anonim
          **** · 10 İyun 16:1700

          15:12 men bunlarin hamisini Allaha dua eliyerek istiyirem.gec tez hacansa isteyime catacaq inşallah.papaqdan qaloşdan istemirem sizin kimi.

          Cavab yaz
  • Anonim
    Serdar · 10 İyun 14:0513

    o kimin bütüdür ki?

    Cavab yaz
  • Anonim
    Ayla · 10 İyun 14:2803

    men şexsen vidioda izledim açıq-aydin sellofan paketə bukulmuş qaloş idi

    Cavab yaz
  • Anonim
    Firuz · 10 İyun 14:3733

    Bu "seyid"inize sual verin gorek elinde neyise tutub qadinlarin basini ciynini tumarlamaqla "seyid"e savab gelir ya gunah?

    Cavab yaz
  • Anonim
    MOMIN · 10 İyun 14:4062

    QURANI KERIMDE yasin suresinde 21 ayetde deyilir= dinde sizden ucret istemeyenlre uyun= . din QURANI KERIMI oxumaq ve CENAB ALLAHIN DEDIKLERINE EMEL ETMEKDIR. bu ise musriklikdir

    Cavab yaz
  • Anonim
    Zəhra · 10 İyun 15:0012

    Ay savadsız millət inanmayın belə söhbətlərə

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 10 İyun 15:3622

    Ayy millett, menim nenem dee Seyiddi deee// Seyid Haci Esed efendinin külfetidi nenemin .şalı var mende kim isteyir adresi verim gelsin cekimm basinaaaa 1 qepiksizzz

    Cavab yaz
  • Anonim
    Oxucu · 10 İyun 15:4830

    Seyidlik İmamlardan gəlir, onlara şəkk-şübhə etmək lazım deyil. İslamda duanın əlifbası Salavatdır, Həzrəti Məhəmməd Peyğəmbərin adına salavat çevirəndə deyirik ki, Allahım, Ali Peyğəmbərə və Onun bütün ailəsinə Sənin salamın - salavatın olsun. Ona görə Seyidləri həmişə yad etmək, evlərini, qəbirlərini ziyarət etmək lazımdır, onların adlarına verilən ehsanlar da savab əməldir. Amma onların əşyaları isə sözsüz ki şəfaverici deyil. Peyğəmbərlərin, imam-seyidlərin adlarını Allah qarşısında vasitəçi gətirib Onlara xatir şəfa diləmək olar. bu da bir duadır.

    Cavab yaz
  • Anonim
    Sye · 10 İyun 16:4810

    Yad bır kışı nece xanımı tumarlayır ayıbdır vallah

    Cavab yaz
  • Anonim
    rasin · 10 İyun 16:5511

    Bir sürü bəli bir sürü gedib miribişin nəvəsinin yanına...ALLAH sizə ağıl versin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.