Ölkə

“Əməliyyatdan sonra oğlumun ayaqları iflic olub” - VİDEO

7 İyun 2019 18:39
3 Şərh     Baxış: 2 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Masallı rayon sakini Əlizadə Seymurun həkim səhlənkarlığına görə iflic olduğu bildirilir.

Milli.Az xəbər verir ki, bu barədə qafqazinfo-ya onun anası Sahibə Əliyeva məlumat verib. 

O qeyd edib ki, oğlu mayın 3-də Masallı Rayon Mərkəzi xəstəxanasında çanağında tük bitməyə görə əməliyyat olunub: "Əməliyyat sonra oğlum komaya düşüb. Həkim isə bunun vəziyyəti ilə maraqlanmayıb. Gedib gördüm ki, uşağın təzyiqi 0-a düşüb. Cərrah Fəxrəddin Nəzərov əməliyyat zamanı həmin yeri dərindən qazıyıb və sinirlərə toxunub. Oğlumun ayaqları iflic olub. Gözlərinin biri görmür. Cəmi 28 yaşı var. Bu yaşda həkim səhvinə görə belə ağır vəziyyətə düşüb. Həkim isə bu səhvinə görə məsuliyyət daşımaq istəmir və oğlumun vəziyyətinə çox soyuqqanlı yanaşır. 

Rayon xəstəxanasının baş həkimi Cəlil Nəzərov bir qədər maddi yardım edib.  Amma bu, elə məsələdir ki, yaxşı müalicə tələb edir. Onu təcili  xaricə aparmaq lazımdır, vəziyyəti ağırdır. 

Qafqazinfo məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Masallı rayonunda baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb: "Həkim səhvinin olub-olmamasını ekspertiza müəyyənləşdirir. Əgər iddia edildiyi kimi, həkim səhvi olubsa, araşdırma aparan hüquq- mühafizə orqanı məsələyə hüquqi qiymət verəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.