Ölkə

Bayram günlərində avtobuslarla bölgələrə və paytaxta 28 min 400 nəfər daşınıb

7 İyun 2019 10:54
0 Şərh     Baxış: 805
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimini davam etdirir.

Milli.Az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Trend-ə bildirib ki, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-da Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla ölkənin 56 avtovağzal və avtostansiyalarından 28 min 400 sərnişin daşınıb: "Bu, həm paytaxt Bakıdan bölgələrə, həm də bölgələrdən paytaxta daşınan sərnişinlərin sayıdır. İyunun 7-də isə 15 min 620 sərnişin daşınıb ki, onlardan 11 min 920 nəfər bayramın son günü olduğu üçün bölgələrdən Bakıya, 3 min 700 nəfər isə paytaxtdan bölgələrə daşınıb. Gün ərzində 718 nəfər isə beynəlxalq daşıma olub".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.