Ölkə

BBAK: Ötən gün 13 mindən artıq sərnişin daşınıb

5 İyun 2019 14:49
0 Şərh     Baxış: 653
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

4 iyun tarixində şəhərlərarası istiqamətlərə 484 reyslə 13 559 sərnişin daşınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib.

Onun sözlərinə görə, sərnişin sıxlığı daha çox Gəncə, Quba, Qusar, Şəki və Mingəçevir istiqamətlərində olub:

"Bu dəqiqələrə olan statistikaya görə, 228 reyslə 6700 sərnişin bölgələrə yola salınıb. Günün sonuna qədər bu rəqəmin 10 000-ə yaxın olacağı gözlənilir. Beynəlxalq istiqamətlərə isə 30 reyslə 1100 sərnişin yola salınıb ki, ən çox sərnişin axını İstanbul şəhərinə olub".

Qeyd edək ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi iyunun 4-dən başlayaraq iyunun 10-dək gücləndirilmiş iş rejimində çalışacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.