Ölkə

Bəzi ölkələrdə bayram namazı sabah qılınacaq, Azərbaycanda isə...

3 İyun 2019 17:31
14 Şərh     Baxış: 18 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 5-də Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Milli.Az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, bayram namazının qılınması iyunun 5-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində baş tutacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 6-na təsadüf edib, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 5-ə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Xatırladaq ki, bəzi ölkələrdə (Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və b.) Ramazan ayı münasibətilə bayram namazı sabah qılınacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.