Ölkə

"AÇQ-yə investisiyalar 36 milyard dolları keçib və yenə artacaq"

31 May 2019 13:49
Baxış: 733

BP və konsorsiuma daxil olan şirkətlər tərəfindən Azərbaycanda icra olunan layihələrə 72 mlrd dollar investisiya qoyulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Konfransının ikinci günündə bildirib.

Onun sözlərinə görə, bu illər ərzində AÇG-dən 3,5 mlrd barel neft hasil edilib.

B.Aslanbəyli bildirib ki, 25 il ərzində 44 mlrd kubmetr səmt qazı təmənnasız olaraq dövlətə təhvil verilib.

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.