Ölkə

Bakı metrosunda qadın özünü qatarın altına atdı - YENİLƏNİB - VİDEO

31 May 2019 11:56
20 Şərh     Baxış: 9 247
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:56

Milli.Az xəbər verir ki, "Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov qafqazinfo-ya bildirib ki, Asya Əmirova intihar etmək məqsədiylə özünü qatarın altına atıb: "Operativ müdaxilə nəticəsində həyatını xilas etmək mümkün olub, ayağında isə kiçik əzilmə qeydə alınıb. Hazırda xanım xəstəxanaya aparılıb".

---------
11:02

Metronun "28 May" stansiyasında intihar hadisəsi baş verib.

Milli.Az azxeber.com-a istinadla xəbər verir ki, hadisə şahidləri bu barədə məlumat veriblər.

Qatarın gəlişini gözləyən Asya Əmirova özünü relslərin üzərinə atıb. Məlumata görə, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. 

Bakı Metropoliteni"nin mətbuat katibi Bəxtiyar Məmmədov faktı təsdiq edib. Onun sözlərinə görə, 54 yaşlı Aciyə Əmirovanın məqsədi elə intihar etmək olub. 

"Hadisə qatarların hərəkətində 10 dəqiqəlik dayanmaya səbəb olub və bu vəziyyət saat 09:45-ə qədər davam edib. Hazırda metroda heç bir problem yoxdur və qatarlar normal hərəkət edir", - metro rəsmisi qeyd edib. 

----------
10:21

Bakı metrosunda relsin üzərinə düşən qadının kimliyi məlum olub.

Milli.Az bildirir ki, bu barədə Bakı Metropoliteni QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə məlumat verib.

Onun sözlərinə görə, relsin üzərinə düşən qadın 1965-ci il təvəllüdlü Asya Əmirovadır.

Bəxtiyar Məmmədov bildirib ki, bu gün səhər saat 09:35-də metronun "28 May" stansiyasında qadın relslərin üzərinə düşüb.

O qeyd edib ki, hadisə "Həzi Aslanov"dan "28 May" istiqamətinə gələn qatarın hərəkəti zamanı baş verib.

B.Məmmədov hadisə baş verəndən sonra qatarların hərəkətinin 10 dəqiqə ərzində dayandığını qeyd edib. 

----------
09:53

Bu gün səhər saatlarında Bakı metrosunda dəhşətli hadisə baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl metronun "28 May" stansiyasında bir nəfər qatarın altında qalıb.

Hadisəni təsdiqləyən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov, hələ ki, həmin şəxsin kimliyinin müəyyən olunmadığını bildirib.

Qeyd edək ki, hadisəyə görə qatarların intervalında ləngimə yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.