Hacı Surxay çağırış etdi: “Mərcan” toyuqları halaldır, alın!” - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mərcan" toyuq əti məhsullarının istehsalçısı "Azerbaijan Poultry Company" MMC (APC) 22 May 2019 tarixində Ucar şəhərindəki istehsal müəssisəsinə presstur təşkil edib.
Tədbir çərçivəsində İçərişəhər Cümə məscidinin axundu və məşhur din xadimi Hacı Surxay və jurnalistlərdən ibarət nümayəndə heyəti şirkətin baş baytar həkimi Rüstəm Qasimovun müşaiyəti ilə istehsalata baş çəkib.
"Mərcan" toyuqlarının istehsal prosesi ilə tanış olan qonaqlara məlumat verilib ki, toyuq əti məhsulları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa və onda zərərli mikroorqanizmlərin yaranmasının qarşısını alır. Əlavə olaraq yeni texnologiyaların tətbiq edildiyi istehsal müəssisəsində bütün istehsal siklinin tam avtomatlaşdırıldığı nümayiş etdirilərək "Mərcan" toyuqlarının tam gigiyenik şəraitdə hazırlandığı diqqətə çatdırılıb.
Daha sonra qonaqlar fabrikin daxilində yaradılmış ibadət otağı ilə tanış olublar. Onlara bildirilib ki, şirkətin işçiləri hər gün burada namaz qılır, dini ayinləri icra edirlər.
İstehsal prosesi ilə tanışlıqdan sonra şirkətin direktoru Rüfət Məmmədzadənin iştirakı ilə mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən İçərişəhər Cümə məscidinin axundu və məşhur din xadimi Hacı Surxay bildirib ki, müəssisədə sağlam və HALAL toyuq məhsulları istehsal edilir:
"Biz şirkət təmsilçiləri və dəyərli jurnalistlərlə birlikdə istehsalat prosesi ilə əyani tanış olduq. Müəssisədə yaradılan şərait, hər bir məqama xüsusi həssaslıqla yanaşılması diqqətimizdən yayınmadı. Qürurverici haldır ki, ölkəmizdə müasir dəyərlərə cavab verən və HALAL toyuq məhsulları istehsal edən belə müəssisə var".
Hacı Surxayın sözlərinə görə, nəinki insanlar, hər bir istehlakçı "Mərcan" toyuq məhsullarından istifadə edə bilər:
"Bizim işimiz ictimaiyyəti maarifləndirməkdir, onları düzgün yola dəvət etməkdir. Mən buradan üzümü insanlara və soydaşlarımıza tutub çağırış edirəm: "Mərcan" toyuqları halaldır, onları heç bir tərəddüd etmədən alın, yeyin, nuş edin!".
Daha sonra şirkətin direktoru Rüfət Məmmədzadə jurnalistlərin suallarına cavab verdi.
Ayda 750-800 ton toyuq əti istehsal olunur
R.Məmmədzadənin sözlərinə görə, müəssisə 2012-ci ildə, müasir texnologiyalar əsasında qurulub: "Hazırda burada ayda 750-800 ton toyuq əti istehsal olunur. Məhsullar 65 çeşiddə olmaqla Bakı, Abşeron, Gəncə, Mingəçevir, Göyçay və Bərdədə olan mağazalarda satışa çıxarılır. Daxili bazarda rəqabətə tam davam gətirə bilirik, ölkənin toyuq ətinə olan tələbatının bir hissəsini ödəyirik, eyni zamanda ixracla bağlı planlarımız var. Bu istiqamətdə Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparırıq".
Məhsullar yerli və beynəlxalq standardlara uyğundur
Direktor qeyd edib ki, "Mərcan" brendi halal məhsul istehsalına nəzarət edən və İslam Əmakdaşlıq Təşkilatı tərəfindən bəyənilən yeganə sertifikasiya orqanı olan Malaziya-nın JAKIM təşkilatının verdiyi sertifikata layiq görülüb: "Bu da o deməkdir ki, şirkətin məhsulları MS 15000-2009 standartının tələblərinə tam uyğundur.
Azərbaycanda isə "Mərcan" toyuqlarına Qida Təhlükəsizliyi Agentliyi (QTA) müsbət rəy verib. R.Məmmədzadənin sözlərinə görə, müəssisənin məhsulları I katerqoriyaya aiddir, bu isə onun zülallarla zənginliyinə, quşların yetişdirilməsindən hazır məhsulun buraxılmasına kimi istehsalat prosesinə ciddi nəzarət tələb edən QOST 31962-2013 standartına uyğunluğunu sübüt edir: "Yəni, "Mərcan" toyuqları QTA-nın tələblərinə tam cavab verir".
Sağlam qidalanma, islami kəsim
Direktor bildirib ki, müəssisədə toyuqlar tam qapalı şəraitdə, bütün sanitar gigiyenik qaydalara əməl olunmaqla saxlanılır, sağlam yolla qidalandırılır, mümkün bütün xəstəliklərə qarşı vaxtında profilaktik tədbirlər görülür, bıçaqla, tam islami qaydalara uyğun kəsilir.
"Məhsulların ekoloji təmizliyi bizim üçün çox vacibdir, ona görə də biz tərkibində GMO olmayan yemlərdən istifadə edir, toyuqları bütün veterinar və sanitar tələblərə uyğun yetişdiriririk. Müvafiq tempreratur, havalandırma, təmiz içməli axar su, lazimi qida və vitaminlər ilə təminata təkcə mütəxəsislər deyil, həmçinin avtomatlaşdırılmış sistemlər də nəzarət edir. "Mərcan" toyuqları su ilə deyil, hava ilə soyudulur. Bu üsul məhsulun faydalı xüsusiyyətlərini qorumağa və onda zərərli mikroorqanizlərin yaranmasının qarşısını almağa imkan verir, üstəlik toyuqların rəf ömrünün uzanmasına kömək edir. Belə ki, bizim toyuqlar rəfdə 5-7 gün saxlanıla bilər. Başqa üsullardan istifadə etdikdə, bu müddət azalır", - deyə o, qeyd edib.
Sonda qonaqlar "Azerbaijan Poultry Company" MMC (APC) tərəfindən xeyriyyə məqsədilə təşkil olunmuş iftarda iştirak ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
XƏBƏR LENTİ
-
Üç bürc çox yaxşı dəyişikliklərə hazır olsun
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət
-
Sabah Yasamal, Nizami və Binəqədidə işıq olmayacaq
-
UEFA Çempionlar Liqası: “Fənərbaxça” qələbəni son dəqiqələrdə əldən verib
-
"Borussiya" minimal fərqlə qalib gəldi - Yenilənib - (Video)
-
Bakıda yeni mikrorayon salınacaq - (Video)





