Ölkə

Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb

28 May 2019 17:33
0 Şərh     Baxış: 1 310
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Milli.Az-a verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "28 May" stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.