Ölkə

Yağıntılar kənd təsərrüfatına nə qədər ziyan vurub? - Nazirlik açıqladı

27 May 2019 19:04
0 Şərh     Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti kənd təsərrüfatına ziyan vurmayıb.

Milli.Az bildirir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

V.Hüseynov bildirib ki, nazirliyin mütəxəssisləri yağıntılı hava şəraiti ilə əlaqədar rayonlarda təsərrüfatlara baxış keçirib:

"Yalnız Göygöl, Qusar, Yardımlı rayonlarında fərdi təsərrüfatlara qismən zərər dəydiyi müəyyənləşib. Amma bu zərər ümumi kənd təsərrüfatı sahəsini əhatə etmir. Təxminən dolu ilə əlaqədar 10 hektarlıq bir sahədə və 20 sotluq digər ərazidə taxıla ziyan dəyib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.