Ölkə

Zoologiya İnstitutundan gürzə AÇIQLAMASI: "Təəccüblü heç nə yoxdur"

27 May 2019 14:24
0 Şərh     Baxış: 3 938
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu Bakının mərkəzində sakinlərin gürzə ilanına rast gəlməsi faktına münasibət bildirib.

Milli.Az xəbər verir ki, İnstitutun Zooloji Muzeyinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Səbinə Bünyatova Trend-ə bildirib ki, Abşeron yarımadası, o cümlədən Bakı arid zona olduğundan burada ilanların yaşaması üçün çox əlverişli mühit var.

Bakıda gürzə ilanının hər zaman olduğunu deyən S.Bünyatova qeyd edib ki, şəhərin mərkəzində gürzə ilanına rast gəlməkdə təəccüblü heç nə yoxdur:

"Bakıda, xüsusilə şəhərətrafı kəndlərdə gürzə ilanı hər zaman olub. Bakının Əhmədli, Xəzər rayonlarında da gürzə ilanına rast gəlinib. Hətta Botanika bağında, Zoologiya İnstitutunun öz həyətində də bu ilana rast gəlinib. Ona görə də Bakının mərkəzində gürzəyə rast gəlinməsinə təəccüblənmək lazım deyil".

S.Bünyatova qeyd edib ki, ilanlar gəmiricilərin çox olduğu, tikintidən sonra dağılan açıq sahələrdə yayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.