Ölkə

Göyçayda güclü burulğan: ağac aşdı, yol bağlandı - FOTO

27 May 2019 12:03
1 Şərh     Baxış: 1 075

Güclü külək nəticəsində gecə saatlarında qovaq ağacı qırılaraq Göyçay-Ucar avtomagistralının 2-ci kilometrliyinə aşıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ağac yolun əsas hissəsinə düşüb və gövdəsi iri olduğundan təxminən bir saat nəqliyyatın hərəkətinə mane olub.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Ağacın yoldan götürülməsi şinə rayon ərazisində yanğın hadisəsindən qayıdan FHN əməkdaşları kömək ediblər. Ağacın iri budaqları və gövdəsi kəsilərək ərazidən çıxarılıb.

Əraziyə yaxın olan Potu kənd nümayəndəliyindən bildirilib ki, həmin vaxtlarda rayonda təxminən yarım saat ərzində güclü küləklə müşahidə olunan burulğan baş verib.

Ağac bu səbəbdən aşıb. Heç bir tələfat qeydə alınmayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Papatya · 27 May 12:1000

    May ayi hemise bele olub( gorduyum berk, leysan yagişlar mayda yagib..Allah komek olsun. Telefat olmasin insaAllah.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.