Ölkə

Bakıda zəncirvari qəza: 3 avtobus toqquşdu - FOTO

27 May 2019 11:45
4 Şərh     Baxış: 2 132

Bakıda mərkəzində 3 avtobusun iştirakı ilə qəza baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Şeyx Şamil küçəsindən üzü metronun "İçərişəhər" stansiyasına düşən istiqamətdə qeydə alınıb.

Dayanacaqda baş verən qəzada xəsarət alan olmasa da, sərnişin avtobuslarına ziyan dəyib. Belə ki, sərnişin düşürmək üçün dayanacağa yaxınlaşan 205 saylı maşrut ondan qarşıda dayanan 10-TG-019 dövlət qeydiyyatlı 53 nömrəli avtobusa, bu avtobus isə 90-JM-408 nömrəli, 18 saylı marşruta çırpılıb.

Avtobuslarda olan sərnişinlər digər nəqliyyat vasitəsinə minməli olublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    suna · 27 May 12:1210

    Allah bizleri qezadan beladan qorusun/

    Cavab yaz
  • Anonim
    Ayka · 27 May 12:3400

    Bu məsələ illərdir danışılır ,guya həll olunmağa çalışılır.Ama yenədə avtobus qəzaları ve insan itkisi dəyişməz olaraq qalır.

    Cavab yaz
  • Anonim
    elekber · 27 May 12:4900

    yola cixanda Ayetul-kursu oxuyun, bismillah deyin

    Cavab yaz
    • Anonim
      Harlnpasa · 27 May 13:1200

      Biyablrcllqdl avtobus suruculeri duzelmirki dizelmir

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.