Ölkə

Musa Yaqub: "Xalqın şairi olmağı çoxdan gözləyirdim"

27 May 2019 12:44
5 Şərh     Baxış: 1 194

Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a Xalq şairi özü məlumat verib. 

Bildirib ki, hazırda səhhəti stabildir:

"Təzyiqim aşağı düşdüyü üçün özümü pis hiss etdim və məni İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirdilər. Artıq evdəyəm, babatam və dincəlirəm".

Musa Yaqub Xalq şairi fəxri adı almasından da danışıb. 

O bu adı almağı çoxdan gözlədiyini deyib:

"Mən lap çoxdan xalqın şairi olmağı gözləyirdim. Bu gerçəkləşdi".

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamına əsasən, şairlər Musa Yaqub, Ramiz Rövşən və Vahid Əzizə Xalq şairi fəxri adı verilib.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Daglı · 27 May 13:0520

    Siz 100 illər idi Xalqın şairi idiniz, Musa müəllim. Allah sizə saglam ömür versin.......

    Cavab yaz
  • Anonim
    Filantrop · 27 May 13:0530

    Siz onsuz da XALQIN şairi idiniz!!!Allah canınızı sağlam etsin.

    Cavab yaz
    • Anonim
      ƏMRAH ƏNRAH ALMALI · 27 May 18:1600

      İNDİDƏN DEYİN BƏS MƏN NECƏ XALQIN ŞAİRİYƏM YOXSA AMMA DÜZÜNÜ DEYİN

      Cavab yaz
  • Anonim
    Cali quşu · 27 May 14:0120

    Tebrik edirem. Allah can sağlığı versin

    Cavab yaz
  • Anonim
    guıgul · 27 May 16:1500

    yaxşiki ölumunden sonraya saxlamadilar, ad vermeyiii, , , bunada şukur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.