Ölkə

Polis “Torqovı”da “Vor v zakone” yazılı köynəklə gəzənləri saxladı

24 May 2019 18:32
3 Şərh     Baxış: 2 363

Səbail rayonunun Nizami küçəsində (Torqovı) üzərində kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, "Vor v zakone" yazılan köynəklərlə gəzən gənclər saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Bildirib ki, hadisə ötən gün baş verib:

"Üç şəxs üzərində müxtəlif yazılar yazılmış köynəklər geyinərək küçədə gəziblər. Dərhal Səbail Rayon polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edərək həmin şəxsləri 9-cu Polis Şöbəsinə gətirib. 

İlkin araşdırma zamanı hər üç şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib və profilaktik söhbətlər aparılıb. Gələcəkdə də bu cür halların yolverilməzliyi onlara çatdırılıb və sərbəst buraxılıb".

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Dagli · 24 May 23:0961

    Gedin ozuvuze senet tapin.Menimcun vor postda dayanan esgerlerimizdi...

    Cavab yaz
  • Anonim
    Ekspert · 25 May 10:3410

    Belə təxribatçı və separatçı halların qarşısı dərhal alınmalıdır və bunun qarşısını alan polis əməkdaşlarına təşəkkür edirik. O gənclər isə, daha yaxşı olar təhsillərini davam etdirərək Azərbaycanımıza layiqli xidmət edən və düşmənlərimizə qarşı Mübariz İbrahimov kimi vətənpərvər övlad olsunlar.

    Cavab yaz
  • Anonim
    Osman · 25 May 10:4010

    Bunların göynəklərinə talış niyə yazılıb, bunlar Əlikramla Foxraddinin adamlarıdır yəqin profilaktik işlər ciddi aparılmalı, gənclər düz yola dəvət edilməli, anlamayanlar dərhal həbs edilməlidirlər. Müstəqil və suveren dövlətdə belə hallara qarşı qəti tədbirlər görülməlidir, görülür və görüləcəkdir !

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.