Ölkə

Bakının əsas çıxışlarından biri bağlanır - SƏBƏB

24 May 2019 16:24
0 Şərh     Baxış: 2 278

Mayın 26-da Bakının şimal çıxışı 4 saatlıq bağlanacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, aparılacaq işlərlə bağlı sərnişin avtobuslarında gecikmələrin olma ehtimalı yoxdur:

"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməlin dairəsinin yanı) yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar magistralın sözügedən hissəsində mayın 26-da səhər saat 05:00-dan 09:00-a kimi hərəkət məhdudlaşdırılacaq".

N.Allahyarova qeyd edib ki, alternativ olaraq sürücülər şəhər mərkəzinə Hökməli qəsəbəsinin daxili yolundan və Bakı-Sumqayıt şosesindən istifadə edəcəkləri üçün gecikmələrin olma ehtimalı yoxdur.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.