Ölkə

Azərbaycanda rayon məhkəmələrinin baxdığı işlərin dairəsi genişləndirilir

24 May 2019 18:26
0 Şərh     Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda rayon (şəhər) məhkəmələrinin inzibati xətalar haqqında baxdığı işlərin dairəsi genişləndirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilir.

Bu dəyişikliklə bələdiyyələrlə bağlı məsuliyyətin müəyyən edilməsi yerli məhkəmələrin səlahiyyətinə daxil edilir.

Məcəllənin hazırda mövcud olan variantına əsasən, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə cərimə tətbiq edilir. Bunun üçün vəzifəli şəxslər 300 manatdan 500 manatadək cərimələnirlər.

Təklif edilən dəyişikliyə görə isə bələdiyyənin həmin tədbirlərin görülməməsinə görə inzibati məsuliyyətinin müəyyən edilməsi rayon (şəhər) məhkəmələrinin səlahiyyətinə aid edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.