Ölkə

Yaxın vaxtlarda Milli Oftalmologiya Mərkəzinin Şəki filialı fəaliyyətə başlayacaq

24 May 2019 13:09
0 Şərh     Baxış: 792
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yaxın vaxtlarda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Şəki filialı da fəaliyyətə başlayacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu MOM-un direktoru Elmar Qasımov "Oftalmologiyanın bu günü və gələcəyi" adlı konfransda deyib.

Onun sözlərinə görə, mərkəz fəaliyyətə başladığı 10 il ərzində stasionar pasiyentlərin sayı 90 224 nəfər olub: "Bu müddətdə 82 468 cərrahiyyə əməliyyatı aparılıb, mərkəzdə 1 milyon 710 nəfər
ambulator müayinə edilib. MOM-un Səyyar Klinikasında 22 692 nəfərə baxış keçirilib, onlardan 2 minə yaxını üzərində cərrahiyyə əməliyyatı aparılıb".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.