Ölkə

Bakı metrosunda təhlükəli anlar - İşə polis qarışdı

24 May 2019 12:57
1 Şərh     Baxış: 2 509
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı metrosunda təhlükəli anlar yaşanıb.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə "Koroğlu" stansiyasında baş verib.

"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun saytımıza verdiyi məlumata görə, gənc oğlan qatar yoluna düşüb. Buna səbəb isə kiminsə mobil telefonunun qəfildən relslərin üzərinə düşməsi olub:

"Bir nəfər gənc qatar stansiyaya daxil olan zaman relslərin üzərinə atılıb. Mənə verilən məlumata görə, onun qatar yoluna düşməsinin səbəbi telefon olub. Sərnişinlərdən birinin telefonu qatar yoluna düşüb.

Oğlan da onu götürmək üçün icazəsiz addım ataraq təhlükəli şərait yaradıb. Xoşbəxtlikdən heç bir problem yaranmayıb. Həmin gənc qaydaları pozduğu üçün polisə təhvil verilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.