Ölkə

24 il işləyib pensiya ala bilməyənlər nə etsin? - Ekspert izah edir

24 May 2019 11:49
3 Şərh     Baxış: 3 882

"Bu ildən "Əmək pensiyaları haqqında" Qanuna edilən dəyişiklilərə görə, 2006-cı ilin əvvəlindən, yəni fərdi uçot sistemi tətbiq olunandan sonra 2018-ci il iyulun 1-dək fərdi hesabında toplanan məbləğdən asılı olmayaraq pensiya kapitalı qeydə alınıbsa, 2006-cı ilədək 25 il sosial sığorta stajı hesablanır. Yəni, əgər vətəndaşın ötən ilin ikinci yarısınadək fərdi hesabında hər hansı bir vəsait olubsa, o 25 illik pensiya stajı ilə pensiyaya çıxır". 

Milli.Az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb. O, bildirib ki, qanuna bu kimi dəyişikliyin edilməsi yaxşı hal olsa da, bütün yaşlı insanların pensiya almasına imkan vermir:

"Məsələ ondadır ki, elə vətəndaşlarımız var, onların 2006-cı ilədək 25 deyil, daha az, məsələn 22 il iş stajı olub və 2006-cı ildən sonra yığımı da olmayıb. Qaydalara əsasən, belə vətəndaşlarımızın əmək pensiyası almaq hüquqları yoxdur. Qeyd edim ki, son zamanlar bu məsələ ilə bağlı bizə çoxlu sayda müraciətlər olunur. Vətəndaş 2006-cı ilədək hətta 24 il işləyib amma sonradan əmək müqaviləsi olmadığı üçün yığım edə bilməyib və indi pensiya yaşı çatsa da pensiya ala bilmir. Yalnız 67 yaşı tamam olan zaman sosial müavinət alacaq. O isə minimum əmək pensiyası ilə müqayisədə kiçik məbləğdir.

Bütün bu müraciətləri nəzərə alaraq biz "Pensiya Amnistiyası"nın verilməsini təklif edirik. Yəni, əgər vətəndaşın 2006-cı ilədək müəyyən iş ştajı olubsa və hətta 2006-cı ildən sonra onun fərdi hesabında heç bir yığım olmayıbsa onun pensiya yaşı çatan zaman minimum pensiya məbləği ilə təmin olunmasına ehtiyac var. Bu yaş qrupunda olan insanların sosial təminata daha çox ehtiyacının olduğunu nəzərə aldıqda belə amnistiyanın verilməsi çox vacibdir".

Məhəmməd Vaqif
Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    M.Mmmmmm · 24 May 11:53120

    Narahat olmuyun onsuzda pensiyaya catan yoxdu ele yas qoylubki

    Cavab yaz
  • Anonim
    B · 24 May 12:4630

    Pensiya yaşını azaltmaq lazımdır insanlar əziyyət çəkirlər ona görədə xəstəliklər, pis vərdişlər, oğurluq lar vs artaçaq

    Cavab yaz
  • Anonim
    Koroğlu · 24 May 22:0100

    Mənim Qıratım 40 il yaşadı, amma mən ona ölüncən ot verdim. Amma Molla Nəsrəddin arpanı kəsdi, eşşəyi gəbərib öldü!

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.