Ölkə

İQAK Müvəqqəti Saxlama Məntəqəsində növbəti monitorinq keçirdi

23 May 2019 19:57
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi (İQAK) Binəqədidə Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində monitorinq keçirib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında komitənin sədr müavini Elçin Şirinov deyib.

Komitə rəsmisi bildirib ki, monitorinq zamanı məntəqədə saxlanılan 32 nəfərlə görüş keçirilib: "Monitorinqi komitə sədri Tural Hüseynov, mən və hüquqşünas Rövşən Məmmədov keçirdik. İnzibati həbs olunanlarla fərdi söhbətlər apardıq, onlara hüquqlarını başa saldıq.

Həmçinin monitorinq zamanı məntəqədə saxlanılan şəxslərə yaradılmış şərait, onların səhhəti və digər məsələlərlə maraqlandıq. Yeni fəaliyyətə başlayan tibb məntəqəsində də monitorinq keçirdik. Məlum oldu ki, saxlanılan şəxslər məntəqədə tibbi yoxlamadan keçirilir, dərman preparatları ilə təmin olunur və müayinə edilirlər. Müəssisədə saxlanılanlar əsasən xırda talama və narkotik istifadəsinə görə inzibati həbs edilənlərdir. Onlar arasında alimentə, borca və davaya görə saxlanılanlar da var idi. Monitorinq zamanı saxlanılan şəxslər saxlanma şəraitindən narazılıq etmədilər. Qidalanma və gəzinti üçün yaradılan şəraitlə də maraqlandıq. Saxlanılan şəxslər dedilər ki, gün ərzində iki saat gəzinti yerində olurlar, 3 dəfə isti yeməklər verilir, saxlanılan şəxslərin ailə üzvləri ilə görüş normal qaydada təşkil olunur".

E.Şirinov bildirib ki, məntəqə işçilərinə polis-vətəndaş münasibətləri ilə bağlı "işgəncə və qeyri-insani rəftar, ləyaqəti alçaldan və digər cəza növlərinin qarşısının alınması" mövzusunda seminar keçirilib. Seminar zamanı komitə üzvləri mühazirələr oxuyub, məntəqə əməkdaşlarına müəyyən tövsiyələr veriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.