Ölkə

Azərbaycanda ötən il müdafiə üçün xərclənən vəsaitin MƏBLƏĞİ məlum olub

23 May 2019 17:34
2 Şərh     Baxış: 826

Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün xərclənən vəsaitin məbləği məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı məsələ "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, 2018-ci ildə müdafiə üçün ümumilikdə 2 milyard 842 milyon manat xərclənib.

Bu məbləğin 1.305 milyard manatı müdafiə qüvvələri, 151.621 milyon manatı milli təhlükəsizlik, 2.613 milyon manatı müdafiə və təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 1.383 milyard manatı isə digər kateqoriyalara aid edilməyən xərclərə sərf edilib.

Dövlət büdcəsindən, həmçinin məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq oqranlarına 1.316 milyard manat xərclənib.

Qanun layihəsi Milli Məclisin mayın 30 və 31-də keçiriləcək plenar iclaslarında müzakirəyə çıxarılacaq.

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    VƏTƏNDAŞ · 23 May 17:5230

    BU TEXNİKALARI SİLAHI RAKETİ ALMIŞIQ DEYİRƏM PASLANDIRMAYAQ DÜŞMƏNİN ERMƏNİLƏRİN BAŞINA OD ƏLƏYƏK İŞĞAL ETDİYİ TORPAQLARDAN CIXARDAQ QARABAĞIMIZI AZAD EDƏK ARTIQ VAXTDIR.

    Cavab yaz
    • Anonim
      12345 · 23 May 18:3210

      Hetda gecikirik

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.