Ölkə

"Qırmızı körpü" bərpa olunur - FOTO

22 May 2019 17:51
1 Şərh     Baxış: 1 142

Azərbaycanın məşhur körpülərindən biri olan "Sınıq körpü"də (Qırmızı körpü) bərpa olunur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətubat xidmətindən məlumat veriblər.

Qeyd olunur ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov Qazax rayonunda - Azərbaycanın Gürcüstanla dövlət sərhədində yerləşən "Sınıq körpü"də (Qırmızı körpü) aparılan təmir-bərpa işləri ilə tanış olub:

"Abidənin bərpa və konservasiya layihəsi "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən hazırlanıb. Dövlət Xidmətinin məsul şəxslərinin də iştirak etdiyi tədbirdə abidədə aparılan bərpa işlərinin vəziyyəti haqqında məlumat verilib. Hazırda körpüdə olan karvansaraların, tağların bərpası həyata keçirilir, körpünün istinad divarları möhkəmləndirilir. Bərpa işlərində abidənin tarixi görkəminin qorunmasına xüsusi diqqət yetirilir. Hazırda körpünün üstü beton qatından təmizlənib. Abidənin üzəri tarixi görkəminə qaytarılıb. Bərpa işləri başa çatdıqdan sonra körpüdən piyadaların keçidi üçün istifadə olunacaq. Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan "Sınıq körpü"də bərpa işləri bu ilin sonuna kimi yekunlaşacaq".

Qeyd edək ki, "Sınıq körpü" XII əsrdə Azərbaycan memarları tərəfindən inşa olunub. Tikilinin uzunluğu 175 metrdir və 4 aşırımlarda ibarətdir. Körpünün sağ və sol sahillərində karvansara kimi istifadə olunan geniş yerlər tikilib. Sol tərəfdəki karvansaranın sahəsi 116, sağ tərəfdəkinin isə 166 kvadratmetrdir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    AZƏRBAYCAN VƏTƏNDAŞI · 22 May 18:3530

    AZƏRBAYCAN BÜTÜN QƏDİMİ ABİDƏLƏRİNƏ SAHİB CIXIB BƏRPA ETMƏLİDİR ---- ALİMLƏRİMİZ --TARİXCİLƏRİMİZ DÜNYA QARŞISINDA SÜBUT ETMƏLİDİR Kİ BU ABİDƏLƏR BİZƏ DƏDƏ--BABALARIMIZDAN YADİGARDIR.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.