Ölkə

"Azərişıq": Generatorlar lazım olduqda qatarların bir stansiyadan digərinə hərəkətini təmin edəcək

22 May 2019 17:44
0 Şərh     Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərişıq" ASC-nin qida mənbəyi olan yarmstansiyalarında metronun elektrik təhcizatı ilə təmin edilməsi ilə bağlı həmin yarımstansiyalardan tələb olunan gücə müvafiq olaraq iki qurumun texniki heyətinin birgə səyi ilə tələbəta uyğun olaraq generatorlar quraşdırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Texniki Departamentinin baş mühəndisi Mehman Abbasov bildirib.

Onun sözlərinə görə, hazırda sazlama işləri həyata keçirilir: ''Generatorlar həmin yarımstansiyaların xüsusi sərfiyyatına xidmət edir. Generatorlar həmin yarımstansiyalardan çıxan qatarların lazımı güclərini qarşılaya biləcək. Yaradılan mövcud sistem nəticəsində generatorlar zəruri olan halda qatarların tam gücünü təmin edərək qatarların bir stansiyadan digər stansiyaya təhlükəsiz hərəkətini təmin edəcək.

9 ədəd 110 kV-luk yarımstansiyamızda tələbat gücünə uyğun olaraq 200-2500 bir stansiyamızda isə 1000 kV-lıq generatorların quraşdırılma, sazlanma işləri həyata keçirilir. Bakı Metropoliteni iri həcmli enerji daşıyıcısı olduğuna görə orada kompleks tədbirlər görülür''.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.