Ölkə

“Bakı Metropoliteni”nin Rusiyadan aldığı vaqonlardan 10-u gələn həftə gətiriləcək

22 May 2019 15:14
1 Şərh     Baxış: 2 301
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

""Bakı Metropoliteni" Rusiyadan aldığı vaqonlardan 10-nu gələn həftə təhvil alacaq".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin baş mühəndisi Əlixan Osmanov deyib.

Ə.Osmanov bildirib ki, mayın 28-də "Bakı Metropoliteni" QSC-nin nümayəndə heyəti Rusiyanın paytaxtı Moskvaya səfər edəcək.

Onun sözlərinə görə, səfər çərçivəsində qonşu ölkədən 10 vaqonun qəbulu baş tutacaq: "Bu il Rusiyanın "Metrovaqonmaş" şirkətindən ümumilikdə 30 ədəd vaqon almalıyıq. Artıq onlardan 10-u hazırdır. Həmin vaqonları qəbul edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.