Ölkə

Ölkədə 143 əcnəbi saxlanılıb - SƏBƏB - VİDEO

22 May 2019 15:27
0 Şərh     Baxış: 853
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 143 əcnəbi saxlanılıb.

Dövlət Miqrasiya Xidmətindən Milli.Az-a verilən məlumata görə, onlardan 5-i Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbirlər zamanı aşkar olunub.

Məlumata görə, saxlanılan 8 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, 6 nəfərin qanunsuz əmək fəaliyyətinə cəlb edildiyi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 128 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.

Miqrasiya qanunvericiliyini pozan 129 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.