Ölkə

Mərkəz rəhbəri: "Keşikçidağ tarixi abidəsi ilə bağlı məsələ Gürcüstan tərəfindən şişirdilir"

22 May 2019 13:01
0 Şərh     Baxış: 1 026
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ tarixi abidəsi ilə bağlı məsələ Gürcüstan tərəfindən şişirdilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Tarix Mərkəzinin rəhbəri Rizvan Hüseynov deyib.

Mərkəz rəhbəri bildirib ki, bu məsələ dövlət səviyyəsində həll olunsa da, Gürcüstan mətbuatı bunu yenidən gündəmə gətirib: "Məsələ ən yaxşı variantda həll olunub. Protokola görə, Azərbaycan ərazisinə keçmək üçün rəsmi razılıq alınmalıdır. Həmin abidələrdə aşınma var və mağaralar təbii proses nəticəsində tədricən dağılır".

R.Hüseynov qeyd edib ki, gürcü mətbuatı və bəzi xarici ölkə mediası məsələni şişirtdi: "Belə bir formada münaqişə yaratmaq nə Gürcüstan, nə də Azərbaycanın maraqlarına uyğun deyil. Bu, yalnız üçüncü tərəfin marağındadır. Ümid edirik ki, Gürcüstan tərəfi öz mətbuatında ayrı-ayrı şəxslərin Azərbaycana qarşı kompaniyasını dayandıracaq".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.