Ölkə

Komitədən ciddi ittiham: "Qadınlara qarşı zorakılıq statistikası saxtalaşdırılır"

22 May 2019 13:02
0 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda qadınlara qarşı zorakılıqla bağlı statistikaların saxtalaşdırılması faktlarına rast gəlinir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Ailə, Qadın, Uşaq Problemləri Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

Onun sözlərinə görə, bu hallar zorakılıqla bağlı açılan cinayət işlərinin maddəsinin dəyişdirilməsində özünü büruzə verir:

"Məsələn, bizdə olan məişət zorakılığına məruz qalma halları ilə bağlı rəqəmlər üst-üstə düşmür. İlin ortasında Komitəyə Cinayət Məcəlləsinin 125-ci maddəsilə (intihar həddinə çatdırma) açılmış işlərlə bağlı təqribən 60 fakta dair məlumatlar daxil olur.

İlin sonunda statistikada rəqəm 37 göstərilir. Daxili İşlər Nazirliyinə zəng vurub rəqəmlərdəki fərqin səbəbini soruşanda, deyirlər ki, "araşdırmalarla açılmış cinayət işinin maddəsi dəyişdirilib".

"Nəinki qadınlarla, ümumiyyətlə, insan amili olan proseslərdə diqqətli olmaq lazımdır. Problemləri gizlətmək yox, açmaq lazımdır. Rayonlara səfər zamanı hüquq-mühafizə orqanlarından erkən nikah, zorlama halları ilə bağlı məlumat istəyəndə tarixdən, Tomrisdən danışırlar.

Deyirəm, mənə bu lazım deyil. Mən tarixi də bilirəm, Tomrisi də tanıyıram. Mənə fakt lazımdır, zorlama, erkən nikahla bağlı fakt verin", - deyə komitə rəsmisi qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.