Ölkə

"Maşında heç nə yoxdur" dedi, amma... - FOTO

22 May 2019 12:35
0 Şərh     Baxış: 1 230

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 2106" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual edilib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin yanacaq çəninin içərisindən 1000 ədəd "Marlboro" markalı siqaret, 6 ədəd 1 litrlik "Grey Goose" və 2 ədəd 1 litrlik "Chivas Regal" markalı spirtli içkilər aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.